Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokratikmusavat.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 517 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 739 təşkil edir.

Demokratikmusavat.com

0.12108302116394