Azərbaycan Türkiyənin peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir

 

Azərbaycan hökuməti Türkiyənin "Türksat" peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanov "Rəqəmsal idarəetmədə süni intellekt" (AIFORDIGIGOV) konfransında deyib.

O bildirib ki, bu sahədə "Türksat"ın proqramları tətbiq olunur, mütəmadi olaraq təcrübə mübadiləsi aparılır.

Öz növbəsində "Türksat"ın baş meneceri Həsən Ertok bildirib ki, 2008-ci ildən etibarən Türkiyədə əhaliyə elektron hökumət xidmətlərinin göstərilməsi layihəsi icra olunur:

"Bu müddət ərzində vətəndaşların 54 milyondan çox müraciəti qəbul edilib. 500-dən çox xidmət təqdim etmişik".

H.Ertok əlavə edib ki, "Türksat" "ağıllı şəhər"lər yaratmaq məqsədilə Türkiyənin universitet və akademiyaları ilə əməkdaşlıq etməyi planlaşdırır.

0.15931510925293