Dos. İham Əhmədov: İnkişafın yeganə yolu...

 

 ÖLKƏDƏ 50-DƏN ÇOX ALİ MƏKTƏB VAR, AMMA ....Dos. İham Əhmədov, təhsil eksperti

 

Ölkədə 50-dən çox ali məktəb var.  Amma ali məktəblərin problemlərini araşdıran bir dənə olsun elmi-metodik tədqiqat  mərkəzi  və elmi jurnal yoxdur. 

 

Bu halda bəs ali təhsil sahəsində islahatlar proqramları: 

 

1. Harada hazırlanmalı, islahatların elmi təminatı ilə kim məşğul olmalı, prosesin fasiləsiz monitorinqini kim aparmalıdır? 

2. Bu islahatların gedişatı mütəxəssislər tərəfindən hansı mətbu orqanda  müzakirə edilməlidir?

 

Sovet vaxtı  Moskvada ali təhsil problemlərini   tədqiq edən bir neçə institut və mərkəzlər, jurnallar  var idi. Bütün zəruri tövsiyyələr  oradan gəlirdi. RF-da indi də bu mərkəzlər fəaliyyətini davam etdirir. Bir çox iri universitetlərin nəznində əlavə yeni mərkəzlər və yeni jurnallar fəaliyyətə  başlamışdır. RF-da hal- hazırda ali təhsilə dair onlarla jurnal nəşr edilir.   Elə  universitetlər var ki, orada ali təhsilə  dair bir neçə jurnal nəşr edir. 

RF-da pandemiya  dövründə  yalnız magistratura təhsil pilləsinin inkişafı  məqsədi ilə TN-nin Qrantı hesabına universitetlərdə 150 layihə icra edilmişdir. Qeyd edək ki, son 25 ildə maqistrutura təhsilnə aid orada yüzlərlə, bakalavr təhsil pilləsinə aid isə minlərlə layihələr maliyyələşdirilmiş və icra edilmişdir.  Xüsusən 5/100 proqramı  daha məhsuldar və  nəticəvi olmuşdur. Düzdür,  dünya üzrə universitetlərin TOP 100 siyahısına heç bir rus universitet düşə bilməmişdir ( proqramın məqsədi TOP 100 universitet siyahısına 5 rus universitetinin  düşməsi idi), amma ümumən ali təhsil sistemində nəzərə çarpacaq  inkişaf olmuşdur. 

 Bizdə ali təhsil  sahəsində ciddi boşluqlar var. 2012-ci ildə TN  "Ali təhsil və Cəmiyyət” adlı maraqlı elmi-metodik jurnalın nəşrinə başladı, 4-5 nömrəsi də dərc edildi. Amma 2013-cü ildə jurnal naməlum səbəblərdən bağlandı. 

 

Ölkədə ali təhsilin inkişafı üçün çox işlər görülməlidir. Bunlardan bəzilərini qeyd etmək istəyirəm: 

 

1. TN  ali təhsilin problemlərinə dair   heç olmazsa bir jurnal nəşr etsin və ya bağlanmış jurnalın nəşrini bərpa etsin. 

2. Ali təhsilin istiqamətləri üzrə müvafiq universitetlərin nəznində "Elmi-metodik mərkəz”lər  yaradılsın (mühəndis təhsili üzrə "Elmi-metodik mərkəz”, iqtisadi təhsil üzrə"Elmi-metodik mərkəz”, pedaqoji təhsil üzrə "Elmi-metodik mərkəz” v.s.). 

  3. Ölkədə distant təhsilin  yaradılması və inkişafı məqsədi ilə "Milli distant təhsil mərkəzi” yaradılsın. 

 

Distant təhsilə pandemiyanın törəməsi kimi yanaşma olmamalıdır. Distant təhsil pandemiyadan 25 il əvvəldən dünyada var idi. Hətta bir çox MDB ölkələrində (Türkmənistan, Tacikstan və Azərbaycan istisna olmaqla) də xeyli vaxtdır tətbiq edilir. Distant təhsil hər hansı ölkənin təhsil siyasətindən və  təhsili yönləndirənlərin arzu və istəyindən asılı olmayaraq ölkədə  yaradılmalıdır, əks halda bu sahədəki 20 illik fəaliyyətsizlik  (əlavə də son 1 ildəki) təhsilin inkişafını əngəlləmək kimi başa düşülür. Hələ 15 il əvvəl ölkə Prezidenti, cənab İlham Əliyev qeyd edirdi:  Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.

 

 Amma proseslərdə inkişaf yox idi. Ona görə də keçən il cənab prezident Microsift şirkətinin rəhbərliyi ilə müzakirədə distant təhsilin yaradılması zərurətini bir daha xüsusi qeyd etdi.  

Təhsildə, xüsusən ali təhsildə inkişaf öz-özünə baş vermir. İnkişaf  xüsusi hazırlanmış, normal maliyyələşən, peşəkarlar tərəfindən icra  və idarə edilən, layihələr hesabına mümkündür. İnkişafın yeganə yolu budur.

0.21389508247375