Sabirabadda yol qəzası baş verib

 

Hadisə Hacıqabul - Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb. 

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. 

 

0.12581896781921