Fərhad Əhmədov işçilərinin əmək haqqını ÖDƏMİR - GİLEY

 


Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov Göyçayda igamətgahında çalışan şəxslərin əmək haqqlarını ödəmir.

Bu barədə bir qrup şəxs Unikal.org-a müraciət edib:


"Biz 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus malikanədə işləmişik. Bu günə qədər zəhmət haqqımızın bir qismini ala bilməmişik. Dəfələrlə Fərhad Əhmədova və onun səlahiyyətli nümayəndələrinə yazılı və şifahi müraciətlərimizə baxmayaraq məsələ həllini tapmamış olaraq qalır. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli, 1 dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir".

0.15974807739258