Azərbaycanda yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiyanın məbləğinin artırılması təklif olunur.
Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.
Sənəddə təklif olunub ki, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiyanın məbləğinin artırılsın.