Vətənpərvər iş adamı, xeyirxah insan...

 

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - tanınmış iş adamı, xeyriyyəçi Emil Səməndərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Səməndərov Emil Tofiq oğlu 1980-cı il İyulun 30-da Saatlı şəhərində çoxuşaqlı bir ailədə dünyaya göz açıb. Saatlı rayonundakı Səməd Vurğun adına 1 saylı orta məktəbi bitirib. Sonra Lomonosov adına ali məktəbin hüquq fakultəsində təhsil alıb, Bakıya gələn gənc Emil Səməndərov hərbi xidmətini Sərhəd Qoşunlarında davam etdirərək Vətənə olan borcunu layiqincə yerinə yetirmişdi.

Tanınmış iş adamı, xeyriyyəçi Emil Səməndərov bir müddət Saatlı rayon icra hakimiyyətində hüquqşünas referant kimi, daha sonra Saatlı rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdri vəzifəsində işləyib.

İş adamı Emil Səməndərov "Real-2016" MTK, "Yusif S" MMC, "Real Boya" MMC, və "Proqress-2016" MTK-nın rəhbər vəzifələrində çalışır.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Bunun üçün insandan Tanrının bəxş etdiyi həyatı doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə ömür boyu sadiq qalmaq tələb olunur.
Xeyriyyəçi Emil Səməndərov düz yoldan, doğru inamından, vətəndaş qayəsindən, Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də olsun sapmayıb, insanlığını, ləyaqətini, mənliyini, kişi qürurunu həmişə, hər yerdə başından uca tutub. 

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Emil müəllim Səməndərovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Emil müəllimin səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.

Təkcə təqdim edəcəyimiz videolara baxmaq kifayətdir ki, Emil müəllim Səməndərovun saysız-hesabsız xeyirxahlıq işini görək:

Sonda onu qeyd etmək yerinə düşər ki, Emil Səməndərov yurda, el-obaya, vətənə bağlı insandır. Vətənpərvərdir, müstəqil Azərbaycanı sevən, öz dövləti ilə qürur duyandır. Təpədən-dırnağa millidir, soykökə bağlıdır, millətpərəstdir. Mərddir, cəsarətlidir, həyata öz baxışı, öz mövqeyi olan adamdır.

Ədalətlidir, heç bir halda haqqı nahaqqa verən deyil, haqq saydığı əməlin arxasında dayanan, uğrunda mübarizə aparandır. Həyatı boyu dəfələrlə ədalətsizliklərlə üzləşsə də, haqqı danılsa da, həmişə ədalətin zəfər çalacağına inanandır. Mübarizdir, ideya və prinsipləri uğrunda sonunu düşünmədən döyüşən əsgərdir, rəqibin zəif, ya güclü olduğunun fərqinə varmadan sona qədər mübarizə aparandır...

İntizamlıdır - sözündə, vədində, işində bütövdür, qoyulan qayda-qanuna əməl edən və bunu başqasından da tələb edəndir. Azad insandır, heç kəs onu iradəsinə, əqidəsinə zidd qərar qəbul etməyə, onu icra etməyə məcbur edə bilməz...

Xeyirxahdır, xeyriyyəçidir, səxavətlidir, varını gizlədən deyil, Allahın lütfünə ehtiyacı olana təmənnasız kömək edəndir. Yaxşılığında təmənnasızdır. Ailəcanlıdır, dostpərəstdir, özünə yaxın bildiyi insanlar üçün canını oda yaxmağı bacarandır, səmimidir, ailə üzvləri və dostları qarşısında məsuliyyətlidir. O, xarakteri olan adamdır, şəxsiyyətdir.

Təmkin Abbaslı

0.18339586257935