Azərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarlandı

 

Ucar rayonunda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə zidd fəaliyyət göstərən çayxana aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ucar Rayon Poliş Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

 

Çayxananın sahibi və orada olanlardan yeddi nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. 




 
0.17070317268372