“Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və “ Gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə maarifləndirici onlayn tədbirlərin təşkili” adlı layihənin icrasına başlamışdır.
Layihənin icra planına uyğun olaraq son mərhələdə ADPU-nun tələbələri ilə ZOOM proqramı üzərindən onlayn formatda gələcək müəllimlərin məktəbdə peşəyönümü işinin təşkilinə hazırlanması üzrə maarifləndirici tədbir təşkil etmişdir.
Tədbir iştirakçıların ciddi marağına səbəb olmuşdur.