Ana Vətən naminə

 

Rus mediasının verdiyi məlumata görə ermənilər artıq Qarabağ döyüşlərində uduzmaq üzrədir.

Səbəbini erməni quldur birləşmələrinin hərbi təchizatının, texnikasının, havadan müdafiə sisteminin və eyni zamanda, hərbi taktiki tətbiqin zəif olmasında görür.

Amma mən bu fikirlə razı deyiləm. Birincisi ona görə ki, erməni birləşmiş quldurları pulla, başqa əraziləri zəbt etmə həvəsi ilə vətənsiz vəhşilər məqsədsiz, küyə gedməklə şirnikləndirici formada döyüşdükləri halda, Azərbaycan əsgəri və zabiti ANA VƏTƏN naminə, körpələrimizin, gələcəyimizin, ailə, uşaq, valideyn, qohum ərqəba naminə, millətimiz, əcdadlarımızın ruhu, ərazi bütövlüyümüz, dövlətin müdafiəsi naminə döyüşürük.

Biz ürəklə, şövqlə, cəsarətlə, xilaskar əsgər düşüncələri ilə, azğın düşmənə nifrət hissləri ilə mübarizə aparırıq. Dünyanın bir çox yelərindən gələn təcrübəli, hər cür silahlanmış muzdlular və erməni faşistlərinin ən güclü, müasir silahlarla silahlanmağına baxmayaraq yenə uduzmaga, məhvə məhkumdurlar.

Çünki vətənin nə olduğunu bilməyən, vicdanın, düzgünlüyün, cəsarətin nə olduğunu anlamayan quldur qruplaşması öz evini, yurdunu, torpağını, vətənini, əcdadlarını, gələcəyini, var gücü - qüvvəsi ilə, qolunun gücü və zəkası ilə döyüşən igidlərimizə heç zaman qalib gələ bilməzlər.

Düşmənin nə ilə, kimlərlə birləşib üstümüzə gəlməyindən asılı olmayaraq, əli yalın belə faşistlərin öhdəsindən gəlməyə qadirik.

Bura bizim Vətəndir!

Bura bizim torpağımızdır!

Bura bizim şəhərimiz, kəndimizdir!

Bunları qorumağı hər birimiz bacarırıq!

Xiromant, Psixoloq Vahid Məcidov

0.15777182579041