Ermənilər “fəlakət günü”nü gözləyir – düşmən ölkə məhv yolunda

 

Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, aqressiv davranışları və Azərbaycanın şərtlərinə əməl etməməsi bu ölkəni məhvin kandarına gətirib çıxarıb. Belə görünür ki, erməni seperatçıları nəinki Qarabağdan qovulacaq, bütövlükdə Ermənistan işğalçılıq siyasətinin qurbanına çevrilərək, xarabaya dönəcək.

Proseslərin gedişatı onu göstərir ki, Qarabağda Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, tükənən ermənilər daxili savaşa yön alırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir, illərdir erməni əhalisində “güclü ordu” barədə yaradılmış mif yerlə bir olub.
Artıq məlumatlar var ki, Ermənistan hakimiyyətində vəzifə tutan şəxslər Qarabağdan İrəvana gizli şəkildə silah və əsgəri qüvvələr daşıyırlar. Bu, Ermənistanda inqilaba hazırlıq kimi qiymətləndirilir.
Deyəsən, Paşinyan ona qarşı istefa tələblərinin hərbi çevrilişə səbəb olacağını anlayır və artıq orduda, güc strukturlarında repressiyalara, təmizləmələrə başlayıb. Son 20 gündə artıq Ermənistan Ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Bunu erməni rəsmiləri və mediası açıqlayıb.

Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan da işdən azad ediliblər.
Onlarla eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan da vəzifəsindən uzaqlaşdırılıb. Onlar açıq xəyanətdə ittiham edilir.
Bunlar hələ məlum olanlar, rəsmi etiraf edilənlərdir. Erməni mediasında, sosial şəbəkələrdə ermənilər özləri yazır ki, Paşinyana qarşı olan siyasətçilər hərbi dairələrlə birləşib ölkədə inqilab edəcəklər. Bəzi ermənilər hətta buan haqq da qazandırır, qeyd edirlər ki, Paşinyan Ermənistanı məhv edib, onu devirmək, cəzalandırmaq lazımdır.


Azərbaycan Ordusunun ardıcıl uğurlarından, artıq Şuşa yaxınlığında döyüşməsindən xəbərdar olan ermənilərin nəinki hərbçiləri, siyasi dairələri, bütövlükdə Ermənistan demorilizə edilib. Ermənilər anlayır ki, Azərbaycan Ordusu ilə bacarmaları mümkün deyil, Azərbaycan azadlıq mühabəsini qələbə ilə sonlandıracaq, bütün ərazilərini işğaldan azad edəcək. Seperatçı rejimin “müdafiə naziri”nin də məhv edilməsi erməniləri tam ruhdan salıb.

 

Bu reallıqları dərk edən, eyni zamanda artıq Paşinyanla rəqiblərinin siyasi savaşa başlamasından məlumatlı olan Ermənistan cəmiyyətini indi ancaq bir şey maraqlandırır: canını qurtarmaq, qaçıb getmək.
Hərbçilərin böyük bir hissəsi, erməni mənbələrin özlərinin yaydığı siyahıya görə 6 min nəfərə yaxın hərbi qulluqçu məhv olub, minlərlə həebçi silahı ataraq qaçıb gizlənir. Cəbhəyə döyüşmək üçün Ermənistanda insanları evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa – təlim keçmədən səngərə aparırlar.

Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fəralilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Ancaq bu da fərrarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilələrə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.
Ermənistanda insanları öz dövlətlərinə qarşı qəzəbli edən təkcə ordunun acı məğlubiyyəti, ölkədəki hərbi-siyasi hərc-mərclik, özbaşınalıq deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Müharibə başlayandan Ermənistanda qitymətlər azı 50 faiz bahalaşıb, gündəlik tələbat malları qıtlaşıb.

Bu durumda isə erməni lobbisi də onlara ciddi bir kömək edə bilmir.

Qarabağda məğlub edilən, hərbçiləri qiyama hazırlaşan, hökuməti repressiyalara başlayan Ermənistan faktiki olaraq fəlakətlə üzləşib. Ermənilər başa düşür ki, qısa zamanda Azərbaycan Qarabağı tam azad edəcək, bunun ardınca Ermənistanda qanlı inqilab başlayacaq, erməni xalqı ayaqlar altında qalacaq. Lakin bu durumdan çıxış yolu da görmürlər, bircə onu fərq edirlər ki, düşündüklərinin başına gəlməsi an məsləsidir, bundan qaçış yoxdur. Sadəcə, “fəlakət günü”nün gəlişini gözləyirlər...

Musavat.com

0.18432998657227