Günümüzün çətin problemi virus... Bəli çox insanlar bu xəstəliyə səthi yanaşır həm öz sağlamlığını həmdə çevrəsini təhlükəyə sürükləyir. Maskadan istifadə etmək məsafə saxlamaq gigiyenik qaydalara əməl erməliyik. Çevrəmizdə ətrafımızda olan insanları bu virusun necə ciddi fəsadlar verdiyini zərif şəkildə söyləməklə maarifləndirməliyik. Sosial şəbəkədə bizə göndərilən səhih və heç bir məntiqi qaynağı olmayan məlumatlara inanmamağı tövsiyyə etməliyik. Axı biz bu məsuliyyətli günlərdə daha çox biri -birimizi qorumalıyıq. Biri birimizi qorumaqla həm özümüzü həm ailəmizi həmdə cəmiyyəti qorumuş oluruq. İctimai qınaq edərək maskasız gördüyümüz insanlara nəzakətlə yanaşıb hər kəsin yaşamaq haqqı var deyərək onu karantin qaydalarına əməl etməyə çağırmalıyıq. Dövlətimiz vətəndaşlarımızın sağlamlığının qorunmasına dair tədbirlər həyata keçirir bizdə öz növbəmizdə ictimai dəstəyimizi etməliyik. Bu çətin məsuliyyətli günlərdə bizim əziyyətimizi çəkən həkimlərə tibb başçılarına tibbi personala və bizi maarifləndirən televiziya işçilərinə jurnalistlərə hər birimizin təşəkkürümüz var. Sağlam olaq xoşbəxt günlərə qovuşmağa çalışaq və tələsək...
Azərbaycan Yazıçılar Birliyinin üzvü
QHT rəhbəri İradə Əlili
Özümüzü qorumaqla dünyamızı qoruyuruq!