"Repressiya və İşgəncələr Əleyhinə Komitə" bəyanat yaydı

 

                  BƏYANAT


Bakı şəhəri                    15.06.2020


Artıq bir reallığa çevrilib ki, xalq Azərbaycan hökumətinin bərbad və repressiv idarəçiliyindən bezib, belə bir idarəçilik altında yaşamaq istəmir, cəmiyyəti itaətdə saxlayan qorxu hissi yox olmaqda və etirazlar gün-gündən artmaqdadır.

8 iyun 2020-ci il tarixdə Bakının Yasamal rayonu ərazisində əxlaqi, etik və hüquqi mormalara sığmayan polis zorakılığı isə göstərir ki, siyasi müxalifəti təxribata çəkməyə müvəffəq ola bilməyən hakimiyyət bu etirazların kütləviləşməsinin qarşısını almaq üçün repressiv idarəetmədən imtina və demokratik idarəçiliyə keçid əvəzinə, kiçik əhali qrupu ilə süni qarşıdurma yaraymaq və onlara qarşı amansızlıq nümayiş etdirməklə cəmiyyətdə azalmaqda olan qorxu hissini yenidən bərpa etməyə çalışır.

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, hökumətin bu siyasətini qətiyyətlə pisləyir və bəyan edirik:

1. "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, hadisəyə dərhal münasibət bildirmədik və prezidentin bu biabırçılığa münasibətini demokratik cümhuriyyətin ikinci dəfə süqutu (15 iyun) gününədək gözlədik. Lakin bir həftə keçməsinə baxmayaraq, İ.Əliyevin özünü hələ də heç nə olmamış kimi aparması təəssüf doğurur!

2. Bildiririk ki, yürüdülən repressiya və psixoloji terror siyasəti ölkəni vətəndaş qarşıdurmasına aparır və hökumət Konstitusiya tələblərinə, demokratiya, insan haqq və azadlıqlarının müdafiəsi ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalara, bəyan edilmiş dövlətçilik prinsiplərinə ölümcül zərbə vuran və ölkəni fəlakətə aparan bu siyasətini durdurmalıdır,

3. Təklif edirik ki, əgər yoluxma hallarının artması müşahidə edilirsə və cəmiyyət faktiki olaraq təhlükə qarşısındadırsa, əhalinin müvafiq təbəqəsinin ehtiyacları dövlət büdcəsi hesabına qarşılanmaqla, yoluxma risqi sıfır səviyyəsinə düşənədək ciddi karantin rejimi tətbiq edilsin, deyilsə, şənbə-bazar anormallığına son qoyulsun...

4. Bəyan edirik ki, həftənin yalnız iki günündə sərt karantin rejiminin tətbiq edilməsi və digər günlərdə sərbəst fəaliyyətə icazə verilməsi infeksiyanın yayılma tempinin azaldılmasına yox, hakimiyyətin ömrünün uzadılmasına hesablanmış siyasi marağa - insanları itaət altında yaşamağa öyrəşdirmə məqsədinə xidmət edir.

5. Bildiririk ki, qanunun yol verdiyi zəruri hal olmadığı halda, 8 iyunda insanların yataq otaqlarına polis basğını konstitusiyada və müvafiq beynəlxalq aktlarda nəzərdə tutulan insan haqlarınına qəsd və cinayət hadisəsidir. Ona görə də bu cinayəti törədənlərin cəzalandırılmasını dövlət başçısından hələ də gözləyir və tələb edirik.

6. Hesab edirik ki, xüsusilə, DİN artıq hüquqi və elmi idarəçilikdən tamamilə imtina edib, şəxsi mülahizələrlə idarə edilir və bunun qarşısı alınmalıdır...

7. Zəruri əsas olmadan şəxsi mənzillərə, xüsusilə, yataq otaqlarına polis basqını, insanların yataqdan qaldırılması, onlara qarşı qeyri-insani və qəddar münasibətin məhz polisin özü tərəfindən videoya alınması və ictimailəşdirilməsi təkcə cəmiyyətdə qorxu yaratmaq məqsədinə xidmət etməyib, eyni zamanda Qarabağ probleminin Azərbaycanın sərhədləri daxilində ədalətli həlli istiqamətində zəruri olan beynəlxalq dəstəyə ciddi zərbə vurub.
Bağışlanmaz haldır ki, erməni seperatçılarının, siyasilərinin və mediasının həmin video-görüntülərdən geninə-boluna istifadə edərək, aparıcı dünya dövlətlərinə, beyynəlxalq təşkilatlara "bizim kimi sivil, demokratik prinsiplərlə yaşamaq istəyən bir toplum belə barbar bir hakimiyyətin tabeliyində yaşaya bilməz..." və s. mesaj verməsilə tərəfimizdən şərait yaradılıb...

8 iyin təxribatı nazir V.Eyvazovun rəsmi göstərişi olmadan baş verə bilməzdi. Ona görə də Daxili işlər Naziri V.Eybazov ya özü istefa verməli, ya da istefaya göndərilməlidir.

8. Prezidentə təklif edirik ki, siyasi səbatsızlığı, antikonstitusion davranış və idarəçiliyi ilə məhz Qarabağ probleminin həllində ən zəruri amil olan beynəlxalq dəstəyə sarsıdıcı zərbə vurduğu üçün nazir V.Eyvazovu tutduğu vəzifədən kənarlaşdırsın və əks halda dövlət təhlükəsizliyi və suverenliyinə vurulmuş ziyana görə bütün məsuliyyət prezident İ.Əliyevin öz üzərində qalacaqdır.

9. Ölkədə və ya xaricdə yaşamasından asılı olmayaraq, bütün Azərbaycan ictimaiyyətini V.Eyvazovun istefaya göndərilməsi barədə tələbimizi dəstəkləməyə və gündəmdə saxlamağa, həmçinin xüsusilə hündürmərtəbəli binalarda yaşayan şəhər əhalisini hər gün saat 22.00-da balkona çıxaraq, mobil telefonlarında Azərbaycan Respublikasının Himnini səsləndirməklə polis rejimi və zorakılığı əleyhinə dinc həmrəylik nümayişinə dəvət edirik.

10. Aparıcı dünya dövlətlərini və beynəlxalq təşkilatları Azərbaycandakı polis zorakılığına, həmçinin repressiya və işgəncə faktlarına, insan haqq və azadlıqlarının mütəmadi olaraq kobud pozuntusu hallarına səssiz qalmamağa, həmçinin müvafiq dövlətləri bu pozuntularıa rəhbərlik edən şəxsləri ABŞ-ın "Maqnitski aktı"nın tələblərinə uyğun qaydalarla cəzalandırmağa çağırırıq.

Bəyanat "Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin işçi qrupu tərəfindən qəbul edilib.

 
 
0.15214896202087