Hər bir dövlətin inkişafı uşaq və gənclərin fiziki və mənəvi inkişafından asılıdır
Uşaqalar gələcəyimizin əsas qarantıdır. Ona görə də dünyada uşaqların fiziki və mənəvi tərbiyəsi hər bir dövlətin diqqət mərkəzindədir. Azərbaycan bu sahəyə ciddi diqqət yetirən ölkədir. Müstəqilliyinin ilk günüdən uşaq və gənclərin fiziki və mənəvi inkişafının qayğısına qalan dövlətimiz həyata doğum evindən başlayan, bağçalarda davam etdirən, ölkənin bütün ali təhsil ocaqlarında fəaliyyətdə olan təlim, tərbiyə müəssislərində uşaq və gənclərin fiziki və mənəvi inkişafının tam normal olunmasına xüsusi qayğı göstərir. Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsinə dövlət səviyyəsində qayğı göstərilməsi bilavasitə dövlətimizin qurucusu və banisi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Hələ sovetlər dönəmində, ötən əsrin 70-ci illərində Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan Respublikasında qəbul etdiyi ilk qərarlarından biri, məhz uşaqların fiziki və mənəvi inkişafının təmin olunması ilə bağlı olub. Əgər həmin dövrün tarixi sənədlərinə diqqət yetirsək, bunu çox aydın şəkildə müşahidə edə bilərik. Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, SSRİ- nin tərkibində bütün sahələrdə geridə qalan o zamankı Azərbaycan inkişafdan tam məhrum olunmuş vəziyyətdə idi. Respublikanın bütün sahələrində böhran hökm sürürdü. Təsərrüfatın bütün sahələrində geriləmə, o cümlədən səhiyyədə, təhsildə və mədəniyyətdə xalqa və gənc nəsilə göstərilə xidmətin səviyyəsi çox aşağı idi. Belə çətin şəraitdə uşaq və gənclərin fiziki və mənəvi inkişafının ölkə həyatının ən zəruri sahələrindən olduğunu dərindən bilən Heydər Əliyev Azərbaycan KP MK-nın diqqətini bu sahənin inkişaf etdirilməsinə yönəltdi və qısa müddətdə həm səhiyyə, həm də təhsil sahəsində uşaqların və gənclərin fiziki və mənəvi inkişafının təmin olunmasına nail oldu.
Müstəqillik qazandıqdan sonra xalqın israrı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycanın bütün sahələrində olduğu kimi, ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində buraxılan ciddi səhvləri aradan qaldırmaq barədə tədbirlər gördü. Ölkədə bütün insanlarla yanaşı, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Uşaq və gənclərin fiziki inkişafı sahəsində önəm kəsb edən bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi üçün bir sıra fərman və sərəncamlar verdi. Çətin də olsa, o zamankı kasıb büdcədən bu sahəyə xeyli pul vəsaitinin ayrılmasına, gənclərimizin tək ölkəmizdə deyil, beynəlxalq arenada təşkil edilən yarışlarda yüksək nəticələr qazanmasına nail oldu. Azərbaycanda idman növləri üzrə federasiyalar yaradıldı. Azərbaycan Milli Olimpiya Komtəsi fəaliyyətə başladı. Beləliklə də, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində yeni uğurlu bir təlim sistemi yaradıldı. Hazırkı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin etdirilməsi sahəsində yalnız ölkəmizdə deyil, eyni zamanda, dünyada böyük uğurlara imza atılması ilə nəticələndi.
"Sağlam bədəndə sağlam ruh olar!» devizi ilə Azərbaycanın bütün regionlarında insanların, o cümlədən uşaq və gənclərimizin fiziki və mənəvi inkişafını təmin etmək məqsədilə sağlamlıq kompleksləri, müasir tipli xəstəxanalar, yeni məktəb binaları, uşaq-gənclər kompleksləri Olimpiya Kompleksləri o, cümlədən kütləvi şəkildə tikilib istifadəyə verildi. Hərbi- vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə diqqət və qayğı artdı. Qeyd etdiyim tədbirlər heç də dövlətimizin uşaq və gənclərin inkişafının təmin olunması üçün gördüyü işlərin hamsı deyil, yalnız bir hissəsidir. Əgər Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etmək üçün görülən işləri sadalasaq, dövlətimizin bu sahədə gördüyü işlər haqqında günlərlə danışmağa məcbur olarıq. Bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması da təsadüfi deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti sayəsində ölkəmiz idman növlərinin bir çoxu üzrə Dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib. İdmançılarımız dünya və Avropa çempionatlarında parlaq qələbələr əldə edirlər. Müxtəlif növlər üzrə mübarizə aparan güləşçilərimiz, düzüdoçularımız, şahmatçılarımız, qaydasız döyüş növündə mübarizə aparan gənclərimiz, boksçularımız hər dəfə yüksək nəticələrlə bizləri sevindirir.
Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunmasına yüksək dövlət qayğısının təmin olunmasının nəticəsini nəzərə alaraq, idmanın ölkədə inkişaf etdirilməsinə xüsusi diqqət göstərildiyini hiss edən Avropa Olimpiya Komitəsinin özünün birinci çempionatını, məhz Azərbaycanda keçirilməsi barədə qərar qəbul etməsi, heç şübhəsiz, ölkəmizdə idmana və idmançı gənclərə göstərilən yüksək diqqətin təzahürüdür. Birinci Avropa Olimpiya yarışları ölkəmizdə uğurla keçirildi, bu yarışlarda Azərbaycan idmançıları 53 ölkə arasında ikici yeri tutdu və bədxahlarımızın kədərlənməsinə, xalqımızın və dostlarımızın sevincinə səbəb oldu. İki il sonra 54 ölkənin iştirakı ilə Azəbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları da uğurla keçdi və bu yarışlarda da ölkəmizi təmsil edən idmançılar yüksək nəticələr qazandılar.
Ölkəmizin uşaq və gənclərinin fiziki və mənəvi inkişafını daim diqqətdə saxlayan ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərin mənəvi tərbiyəsinin inkişafında mühüm rol oynayan muğam müsabiqələrinin iki ildən bir keçirlməsini təmin etməklə, qabiliyyətli gənclərin seçilməsinə və beynəlxalq arenada çıxış etmələrinə, eyni zamanda Azərbaycan musiqi sənətinin dünyada təbliğ olunmasına böyük töhvə verir. Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü və iştirakı ilə keçirilən idman yarışlarının, rəsm sərgilərinin, görkəmli sənətkarların, dövlət xadimlərinin ad günlərinin, yubileylərinin təşkili böyüməkdə olan gənc nəsilin mənəvi tərbiyəsinin formalaşmasına müsbət təsir göstərir.
- H. Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gənclərimizin fiziki və mənəvi inkişafı sahəsində gördüyü işlər xalqımızın diqqətindən yayınmır. Leyla xanımın uşaq və gənclərimizin fiziki və mənəvi tərbiyəsinin inkişafına təkan verən bir sıra təşəbbüslərin müəllifi olduğu da hər kəsə bəllidir. Onun ölkəmizin yaşıllıqlarının çoxaldılması sahəsində irəli sürdüyü təşəbbüs gənclərimiz tərəfindən ruh yüksəkliyi lə qarşılanıb və hər il Bakıda və digər şəhərlərimizdə yeni yaşıllıqların salınması ilə nəticələnir.
Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində vəziyyətlə bağlı tanınmış pedaqoq, təhsil üzrə ekspert Şahlar Əsgərovun fikirini öyrəndim. O, bunları dedi: "Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində çox uğurlu işlər aparılır. Bu işin bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu proses ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafının dövlətin əsas vəzifələrindən biri olduğunu nəzərə alan ölkə rəhbərliyi bu sahədə dünyada əldə olunan qabaqcıl təcrübənin ölkədə tətbiq olunmasına böyük maraq göstərir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı dedikdə, biz yeni, gələcəkdə dövlətimizin idarə olunmasını, onun rəqabətə qabiliyyətini təmin etməyə qadir olan nəslin yetişdirilməsini nəzərdə tuturuq. Bu isə əsasən uşaq və gənclərin sağlam böyüməsindən, yüksək səviyyədə təhsilə malik olmasından çox aslıdır. "Sağlam bədəndə sağlam ruh olar," kəlamında ifadə olunduğu kimi, uşaq və gənclərimizin fiziki sağlamlığının təmin olunması, həm də onların mənəvi inkişafının təmin olmasının bazisidir. Hazırda gənclərimizin düzgün və sağlam qidalanması, daim tibbi nəzarətdə olması və yüksək təlim keçməsi dövlətimizin əsas vəzifəsi kimi həyata keçirilir. Bu sahədə xeyli uğrlar əldə olunsa da, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində müəyyən nöqsanlar da yox deyil. Xüsusən uşaq və gənclər arasında narkomaniya hallarına təsadüf olunması olduqca ciddi narahatlıq doğurur. Məktəb yaşlı uşaqlar arasında bir sıra mənfi halların təzahür etməsi bu sahədə hələ də xeyli qüsurların olduğunu göstərir.Təhsil sisteminin təkmlləşdirilməsi sahəsində aparılan islahatların həyata keçrilməsi prosesi hələ başa çatmayıb. Bu prosesin həyata keçirilməsində nöqsanları doğuran səbəblərin aradan qaldırılmasına ciddi nəzarət olmalıdır. Dövlət başçısının verdiyi sərəncamlara uyğun olaraq, əldə olunan uğurlarla yanaşı, mövcud nöqsanları doğran səbəblər üzərində də ciddi düşünmək lazımdır".
Uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində ölkəmizdə mövcud vəziyyət barədə təhsil eksperti Kamran Əsədov isə bunları dedi: "Azərbaycan təhsil sahəsində Qərbə inteqrasiya kursu götürmüş ölkə kimi, 2006-cı ildən Avropanın təhsil sistemində tətbiq olunan Boloniya sisteminə keçid mərhələsindədir. Bu proses ölkədə çox ləng və ağrılı həyata keçir. Buna görə də uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sahəsində əldə olunan uğurlardan çox, təlimdə mövcud olan qüsurlardan danışmaq və bu qüsurları sürətlə aradan qaldırmaq üçün dövlət səviyyəsində ciddi və mühüm addımlar atılmalıdır. Uşaq və gəncərin fiziki və mənəvi inkişafı ilə məşğulluq ailədə, bağçada, məktəbdə və ali təhsil ocağında baş tutduğunu nəzərə alaraq, bu sistemdə olan qüsurların aradan qaldırılması üçün yol tapılmalıdır. Uşaqların sağlam qidalanmasına, sağlamlıqlarının qorunmasına ailə və dövlət müştərək məsuldur. Uşaq və gənclər valideynlərin və məktəbin təsiri altında böyüdüklərinə görə, ailə və məktəb fiziki sağlamlıq və mənəvi inkişaf prosesini birlikdə həyata keçirməlidir. Təəssüf ki, ölkəmizdə bu proses olduqca ləng gedir və hazırkı vəziyyətlə razılaşmaq mümkün deyil. Əgər səhiyyə və təhsil sistemində olan nöqsanlar yaxın illər ərzində aradan qaldırılmasa, bu sahədə uğurdan danışmaq çətin olacaq".
Təbii ki, hər iki təhsil ekspertinin fikrlərində vurğulanan uğurları heç kim əlimizdən almır. Burada əsas məqsəd, qeyd edilən nöqsanların hər bir valideyn və təhsil müəssəsi gündəlik fəaliyyətində ciddi şəkildə nəzərə almaqla, uşaq və gənclərimizin fiziki və mənəvi inkişafına ən yüksək səviyyədə nail olmaqdır.
Züleyxa Ələkbərqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur.