Onlar nə vaxtacan qaraçıların adını biabır edəcək?
Ermənilərin necə bir saxtakar tayfa olduğu hamıya məlumdur. Mədəni tərzdə desək, onları bəzən roman tayfasının, bəzi hallarda, yəni sadə dildə, qaraçıların nümayəndəsi adlandırırlar. Bəlkə də millət və xalq adına iddiaçı olmaqda ermənilər bəşər dünyasında təkdirlər. Onlar bu adı əməlləriylə doğrultmaqda da yeganədirlər. Məsələn, kimsə xatırlaya bilərmi, tarixi və milləti olmadığı halda, özündən saxta tarix kitabları, külliyyat, mədəniyyət, ədəbiyyat, folklor yaratsın? Hərədən bir az oğurlamaqla, saxtalaşdırmaqla, hər yola əl atmaqla, bir sözlə, böyük bir keçmiş düzüb-qoşsun? Onu yalnız ermənilər bacarar və saxtakarlıqlarının ifşa olunmasına rəğmən, yüz illərdir bu yolun yolçuluğundadırlar.
Əvvəllər torpaqlarımıza saxta erməni adı qoyanda, onlara əhəmiyyət verilmədiyindən istifadə edəndə, bu saxtakarlığın sonralar bizim üçün böyük bir fəlakətə çevriləcəyini güman etməzdik. Təkcə İrəvan mahalında, qədim Azərbaycan torpaqlarında deyil, Qarabağ bölgəsində də istədikləri havanı çalanda onlara ciddi yanaşmazdıq. Bilirdik ki, yaxşı əməl sahibi deyillər, misal üçün, İsa bulağında, ətraf meşəliklərdə olanda təhlükəsizlik baxımından böyüklər bizə ermənilərdən qorunmağı məsləhət görərdi. Bu xəbərdarlığın mənasını o qədər də anlamazdıq, amma bilirdik ki, ermənilərdən qorunmaq lazımdır. Onlardan uzaq, kənar gəzmək vacibdir.
İllər keçdikcə, bu xəbərdarlığın mənasını anlamağa çalışardıq. Və onu da başa düşürdük ki, böyüklərimizin əlacsız qalaraq etdikləri xəbərdarlıq ermənilərin bizi bir xalq və millət kimi sevməməyinin, gözü götürməməyinin nəticəsində yaranıb.
Çünki danışırdılar ki, hələ sovet dönəmində, millətçiliyin açıq-aşkar hiss olunmadığı, üzə çıxarılmadığı vaxtlarda ermənilər gizlincə öz məkrli planlarını hazırlayırmış. Bölgələrdən gələn tələbələr birmənalı şəkildə erməni evlərində, məhəllələrində kirayədə qalmağa məcbur olanda, onların xislətini görə biliblər. Danışılanlara görə, erməni ev sahibləri gözlərini də qırpmadan nə vaxtsa müharibə olacağını açıqca deyirmişlər. Hətta evlərinin zirzəmisində ehtiyat əşyalarını,ərzaqlarını da nümayiş etdirməkdən çəkinmirdilər. “Müharibə üçün” missiyasını sıravi ermənilər sadə azərbaycanlıların gözünü qorxutmaq mənasında daşıyır, böyük güclər isə bu planı daha geniş və gizli şəkildə hazırlayırdılar.
İllər və zamanla erməni tayfasının əməlləri üzə çıxmağa başladı. Ermənilər başqasına məxsus olanı əldə etməklə özlərinə dövlət, millət, xalq, tarix, mahnı, mətbəx və daha nələr qazandılar. Hər halda, onları daxilən, əqidə və vicdan baxımından deyil, vizual olaraq tanıyanların nəzərində qazandılar.
Mahnılarımızı, milli xörəklərimizi, rəqslərimizi, yer və torpaq adlarımızı öz adlarına çıxarsalar da, “quru palçıq divara yapışmaz”dı. “Sarı gəlin”i ifa edəndən sonra bizlər bu qədim mahnımıza daha çox müraciət etməyə başladıq. Dolmanın, plovun, qutabın, lavaşın və s. adda milli nemətlərimizin erməni xörəyi kimi təqdimatından sonra milli mətbəximizə sahib çıxmağa tələsdik. Kulinariya festivallarında, çoxsahəli sərgilərdə onların özünü, bəzən də şəkillərini sərgilədik. Bugünlərdə də eşidirik ki, Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında ermənilər daha bir qarşıdurmaya imza atıb. Ermənistanın “Kavkaz” rəqs ansamblının şagirdləri milli rəqsimiz “Köçəri”ni və “Gözəlim sənsən” xalq mahnısını ifa edib. Bu musiqilərin Azərbaycana məxsus olduğunu deyən azərbaycanlılara isə bir qrup erməni qadını yerindən etiraz edərək, ermənilərin 300 min illik tarixinin olduğunu deyərək, soydaşlarımızı “eybəcərlər, axmaqlar” deyə, təhqir etməkdən də çəkinməyiblər...
Bəli, erməni xisləti elə budur - qaraqışqırıq salmaq, qaragüruhçuluq, saxtakarlıq, yalançılıq və adı sonsuz sayda olan, göz və ruhoxşamayan mənfiliklər... Bu mənfiliklərlə bütün dünyaya yayılan, qaraçı köçü kimi, istədikləri ölkələrdə yurd salan ermənilər, lobbiçiliyə qədər mühüm bir siyasət yürütməyə cəsarət etdilər. Oğurluqla, ya doğruluqla, bunu bacardılar. Əsil-nəcabətsiz, keçmişsiz bir toplumun gələcəyi də güclü ola bilməz, əslində. Söhbət ermənidən gedirsə, saxtakarlığın o adda yurd-yuva qurması da şəksizdir. Onlara, o cəfəng iddialara tutarlı, əsaslı cavab da bir sıra mətləblərdən keçir.
Sadədən-mürəkkəbə, ibtidaidən-aliyə nəzər salsaq, bu tutarlı cavab milli mədəniyyətimizin bütün nümunələrinin daimi təbliğində və təqdimatında olacaq. Kimisi evində və soydaşlarımızın təşkilatlandığı qurumlarda bu təqdimatları etməklə erməniləri susdura bilər. Kimisi də konqreslərdə, parlamentlərdə yerləşməklə, ali, rəsmi qurumlarda təmsil olunmaqla erməniləri geri çəkilməyə vadar edər...
Danışdıqları dilin 70 faizi türk dilindən mənimsənilən ermənilərin yazıçısı Xaçatur Abovyanın hələ yüz illər öncə dediyi kimi, bu dil ermənilərin ağzına dadlı gəldiyindən, öz dillərini buraxıb mahnı, zərb-məsəl və nağılları, atalar sözlərini də türkcə demişlər... Türklər demiş, “yemişlərmi”?
Görəsən, dillinin yalnız 15 faizi özünün olan, 99,99 faiz torpağı da zaman-zaman bizdən oğurlayan bir toplum nə vaxtacan qaraçıların adını biabır edəcək?
Nigar Orucova