Bir neçə film festivallarının qalibi rejissor Namiq Zeynalov növbəti "Xülya" adlı filmini kino sevərlərə təqdim edib. Artıq film bu günlərdə ilk uğurunu qazandı. Belə ki, 2 noyabrda Heydər Əliyev fondunun, Ailə, Qadın və Uşaq Problemləri uzrə Dövlət komitəsinin və BMT.nin ailə fondunun təkilatçılığı ilə keçirilən "Azərbaycan ailəsi 2017" film festivalında "Xülya" filmi xüsusi mükfata layiq görüldü. Film fiziki imkanları məhdud, psixolji problemləri olan insanın həyata baxışından bəhs edir. Ssenari müəllifi: Rüstəm Musayev Quruluşçu Rejissor və Quruluşçu Operator: Namiq Zeynalov. Baş rollarda: Əməkdar artist Bəhruz Vaqifoğlu və Zülfiyyə Məmmədova çəkiliblər. Film Rejissor Şahin Zəkizadənin Xatirəsinə ithaf olunub.