Səttar Möhbalıyev: «Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət proqramları,
qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur»
Təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib
Martın 13-də 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib.
Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları da, xalqın tərkib hissəsi olaraq, öz növbəsində cənab Prezident tərəfindən yürü-dülən sosial siyasəti dəstəkləyir və ona müvafiq addımlar atır: «Biz əhalinin bütün təbəqələrinin, daha çox həssas təbəqəsinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstəririk. Cəmiyyətimizin gələcəyi olan gənclərə xüsusi diqqət yetiririk.
Əlaçı və ictimai işlərdə fərqlənən ali məktəblərin tələbələrinə həmkarlar ittifaqının vəsaiti hesabına «Adlı təqaüd», orta məktəb şagirdlərinin bir qisminə təqaüd veririk, imkansız ailədən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir.
Tələbələrin yemək xərc-lərinə 341 min manat, «Adlı təqaüd»lərə görə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, «Maarifçi» Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş «Ölkəmizi tanıyaq» layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunub.»
O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirləri sadalayıb: “Gənc-lərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, layiqli vətəndaş kimi yetişmələri cənab Prezidentimiz, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin və Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir”, deyən millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır.
Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur: “Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunmaqdadır. Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”.
Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani sübutudur.
AHİK sədri bildirib ki, ölkə əhalisinin sosial müdafiəsinin təminatı və sosial problemlərinin həlli sahəsində hörmətli Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar və görülmüş tədbirlər, həmkarlar ittifaqları olaraq, ən çox bizim maraq dairəmizə daxildir: «Cənab Prezidentin bu istiqamətdə vaxtaşırı atdığı addımlar bizim tərəfimizdən daimi olaraq dəstəklənibdir və bu gün də dəstəklənir. Məhz bütün bunların nəticəsidir ki, Prezident seçkilərində çoxminli üzvlərimiz respublika həmkarlar ittifaqlarının ali orqanı olan qurultaylarımızda ölkəmizdə ilk dəfə olaraq cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürüb, sonrakı illərdə bütün seçkilərdə onu dəstəkləyibdir. Azərbaycan həmkarlar ittifaqları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisadi siyasətini bundan sonra da dəstəkləyəcək, onun fəal iştirakçısı olacaqdır.»
Qeyd edibdir ki, ATİAHİ Respublika Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür.
Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (61 nəfər) ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2270 nəfər tələbə bu təqaüddən yararlanıb.
Tahir Abbaslı