Əvvəli dələduz, indi demokrat. Gələcəkdə...
Oğrunun bərkdən bağırıb doğrunun bağrını yarması atalardan qalma məsəldir. İndi demokratiyadan dəm vurub, özlərini həqiqət carçısı kimi təqdim edənlərin böyük əksəriyyəti sözün həqiqi mənasında əliəyrilərdən, dostuna-qardaşına qarşı dələduzluq edənlərdən, doğrunun bağrını yarmaqla özərin mənfəət əldə etməyə çalışanlardan ibarətdir. Belələrindən biri də Hüseynov Aqil Yaşar oğludur.
Aqil Hüseynov sosilal şəbəkələrdə "aktivist" adı altında peyda olub demokratiya bayatıları oxuyanlardan biridir. O, özünü həm siyasətçi, həm iqtisadçı, həm də politoloq hesab edir. Əgər belə olmasaydı, Aqil Hüseynov Azərbaycan hökumətinin daxili və xarici siyasətini tənqid etməyə özündə cəsarət tapa bilməzdi.
Lakin, Aqil Hüseynov nəinki hökumətin siyasətini tənqid edir, əksinə, bir çox hallarda əndazəni aşıb təhqir və böhtanlara da, yol verir. Bəs, əslindən Aqil Hüseynov kimdir? Onun özünü "aktivist" elan edib hökumətin daxili və xarici siyasətinə qarşı çıxmağa haqqı varmı?
Barəsində bəhs etdiyimiz şəxs ixtisasca diş həkimdir. Hələ 2012-ci ildən tanıdığı Hacızadə Şahin İsmayıl oğlunun dişlərinin müalicə etdirilməsinə ehtiyacı olduğunu bilən Aqil Hüseynov ona bu işi görə biləcəyini, buna da 3500 manat pul lazım olduğunu bildirib. Aqillə münasibəti yaxşı olan, onun sözünə etimad göstərən Şahin Hacızadə Aqillə razılaşaraq 3500 manat pulu Aqil Hüseynova verib. Aqil Şahin Hacızadənin dişlərini ilkin müayinə etsə də, sonradan yaranan zərurətlə əlaqədar olaraq Şahin Hacızadə hərbi xidmətə göndərilir.
Tərəflər arasında olan razılaşmaya əsasən Şahin Hacızadə hərbi xitmətdən qayıtdıqdan sonra Aqil Hüseynov onun müalicəsini davam etdirməyi öhdəsinə götürüb. Zaman keçib və Şahin Hacızadə hərbi xidmətdən qayıtdıqdan sonra ona məlum olub ki, Aqil Hüseynov Almaniyaya köçüb. Sosial şəbəkələr vasitəsilə Aqillə əlaqə saxlayan şikayətçi ondan pullarını qaytarmasını tələb edib. Lakin Aqil hər dəfə pulları qaytaracağını vəd versə də, bu günədək Şahin Hacızadənin pullarını qaytarmaqdan imtina edib. Belə olan halda Şahin Hacızadə ümid axtarışı ilə polis orqanlarına üz tutub və məsələ hüquq-mühafizə orqanlarının araşdırmasındadır.
İndi Şahin Hacızadənin narahat edən əsas məsələ Aqil Hüseynovun onun pullarını ələ keçirməsi yox, sosial şəbəkələrdə özünü həqiqət çarçısı elan edib, hökumət əleyhinə təhqir və böhtanlar yağdırmasıdır: "Aqil Hüseynovun mənə və yəqin ki, digər şəxslərə qarşı da belə cinayət əməli törətməsinə baxmayaraq, indi özünü demokrat, ədalət rəmzi hesab edir, sosial şəbkələrdə əsl "qəhrəmanlıq" nümunələri yaratmaqla məşğuldur. Aqil Hüseynovun ölkədə mənim və qeyrilərinin pulunu ələ keçirməsi, onun sosial şəbəkələrdə törətdiyi cinayətlərlə müqaisədə çox kiçik və əhəmiyyətsizdir.
Aqil Hüseynov sosial şəbəkələrdə Azərbaycan hökumətinin əleyhinə fikirlər səsləndirir, hökumətin daxili və xarici siyasətini tənqid edir, iqtisadi siyasətinin uğursuzluğu barədə fikirlər səsləndirir. Aqil Hüseynov hökumətdə təmsil olunan ayrı-ayrı vəzifəli şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr işlətməkdən belə, çəkinmir.
O, belə qanunsuz əməllərini özü kimi sosial şəbəkə qəhrəmanları ilə birləşməklə, onlarla birgə qrup yaratmaqla həyata keçirir. Bu qruplar xaricdəki anti-milli havadarları tərəfindən dəstəkləndikləri üçün onlar belə qanunsuz hərəkətlərini hər keçən gün daha da genişləndirirlər. Odur ki, hüquq-mühafizə orqanları Aqil Hüseynov kimilərinə layiqli cavab verilməsini təmin etməli, lazım gəldikdə onların Azərbayana gətirilərək məsuliyyətə cəlb edilmələri üçün bütün güclərini səfərbər etməlidirlər".
Tahir Abbaslı