Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

 

Ölkəmizdə söz və mətbuat azadlığının inkişafına dövlət qayğısının əsasını  Ümummilli Lider Heydər Əliyev qoyub

 İnsan yarandığı gündən azad olub. Lakin zaman keçdikcə müxtəlif ictimai-tarixi farmasiyalarda formalaşan insan cəmiyyətləri insanın insan tərəfindən istismar edildiyi dövrdən bu günə kimi, həmin azadlqları məhdudlaşdıran qanunlar qəbul ediblər. Eyni zamanda, elə həmin dövürdən insanlar öz doğal azadlıqları uğrunda mübarizə aparıblar və bu mübarizə indi də davam edir. Çünki dünyada mövcud olan ölkələrin böyük əksəriyyətində insan hüquq və azadlıqları ciddi şəkildə pozulur və məhdudlaşdırılır. Xüsusən də, Afrika, Asiya, Latın Amerikası ölkələrində bu halların şiddətləndiyini gündəlik informasiyalardan bilirik...

Müasir dünyada insan hüquq və azadlığının ən öndə gələni fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsidir. Hazırda ABŞ və Avropa ölkələri insan azadlığının təmin olunması səviyyəsinə görə, inkişaf etmiş ölkələr hesab olunurlar. Hətta, bu ölkələr iddia edərək, özlərini "demokratiyanın beşiyi", "dünyada demokratiyanın qarantı" adlandırırlar. Amma hazırda dünyanın müxtəlif nöqtələrində insan hüquq və azadlıqlarının kobudcasına pozulmasında ABŞ və Avropanın bəzi dövlətlərinin iştirak etməsi, onların "dünyada demokratiyanın qarantı" olmaları iddialarını şübhə altına alır. Lakin bu cür mənfi halların baş verməsini telekanallar vasitəsi ilə hər gün izləməyimizə baxmayaraq, dünyada inkişaf etmək istəyən hər bir ölkə, lap elə bizim ölkəmiz müstəqillik qazanandan Qərbin əldə etdiyi uğurları təkrar etmək üçün bütün sahələrdə, o cümlədən fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin Qərb modelinə üstünlük verir.

Ölkəmiz sovetlər ittifaqı dağıldıqdan, müstəqilliyə qovuşduqdan sonra demokratik inkişaf yolunu seçib və sürətli inkişafını təmin etmək məqsədilə Qərbə inteqrasiya kursu götürüb.1992-93-cü illərdə ölkəni bürüyən xaosa ümummilli lider Heydər Əliyevin xalqın israrlı tələbindən sonra hakimiyyətə gəlməsi ilə son qoyuldu. Ölkəmizdə alovlanan vətəndaş müharibəsi söndürüldü, cəmiyyətdə yaranmış ciddi parçalanma aradan qalxdı. Azərbaycanda xaricdən idarə olunan qiyamçı qüvvələrin fəaliyyəti dayandırıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qaarabağ münaqişəsi zəminində gedən müharibənin gedişində ciddi dönüş yarandı. Ümummili liderin rəhbərliyi altında formalaşdırılan ordumuzun işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində hücumları erməni quldurlarının işğal etdikləri ərazilərimizin bir hissəsinin azad olunması ilə nəticələndi.

Belə çətin bir dövrdə, müharibə şəraitində olan ölkədə fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsinin nə qədər çətin olduğunu təsəvvür etmək, elə də çgtin deyil.

Ölkədə kəskin parçalanmaya səbəb olmuş AXC-Müsavat hakimiyyətinin fəaliyyəti nəticəsində sovetlərdən qalma köhnə qanunlar belə, işləmirdi. İnsan azadlıqlarının, o cümlədən fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsini təmin edəcək yeni qanunların qəbul edilməsi bir yana, heç sovetdənqalma qaydalara riayət edilməsi də, təmin olunmurdu. Əksinə, əllərində demokratiya bayrağı ilə hakimiyyətə gələn bəylər ölkədə mövcud olan azacıq demokratiya elementlərini də ayaqlar altına atmışdılar. Hadisələr o qədər kəskinləşdi ki, o vaxtkı daxili işlər naziri dövlət televiziyasına hücüm çəkdi, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsində böyük rol oynayan telestudiyada çalışan insanları açıq təhqir etməkdən belə, çəkinmədi. Belə çətin şəraitdə hakimiyyətə gələn Ümummilli Lider ölkədə baş verən bütün mənfi hadisələrin qarşısına sinəsini sipər edərək, cəmiyyətdə mövcud olan mənfi ünsürləri qətiyyətlə sıradan çıxardı...

12 noyabr 1995-ci ildə müstəqil ölkəmizin ilk demokratik Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olundu. Yeni qəbul olunmuş Konstitusiyamızın əsasən insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün yeni üfüqlər açdı. Azad və müstəqil mətbuatın inkişafına, qəzet və jurnalların yeni cəmiyyətin xarakterinə uyğun fəaliyyət göstərməsinə şərait yarandı. Televizya kanallarının sayı artdı, onların yayım keyfiyyəti yaxşılaşdı, yeni formalaşmaqda olan telekanalların maddi bazasının və peşəkar kadrlarla təmin olunmasına başlanıldı. Siyasi partiyaların fəaliyyətinə normal şərait yaradıldı. 1995 və 2000-ci illərdə Milli Məclisə keçiriən seçkilərdə bütün siyasi qüvvələrin təmsil olunmasına imkan yaradıldı. Proporsional və mojaritar seçki sistemləri ilə keçirilən demokratik seçkilər, eyni zamanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı sahəsində ölkədə qısa müddətdə qazanılan nəticələrə baxışı təmin etdi. Bu seçkiləri müşahidə edən xarici müşahidəçilər istər proporsional, istərsə də mojaritar sistemlə namizədliyini irəli sürmüş insanlara bərabər şəraitin yaradılmasının şahidi oldular və mətbuat konfransında bu barədə bəyanatlar verdilər.

Bu gün şişirtmədən qeyd edirəm ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının, o cümlədən fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi sahəsində böyük uğurlara imza atılır. Bu sahədə müsbət nəticələrin əldə olunması ölkədə söz və mətbuat azadlığına göstərilən mütəmadi dövlət qayğısı ilə sıx bağlıdır. Ümummilli lider 1998-ci il avqustun 6-da "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" tarixi Fərmanı imzalayaraq, senzuranı ləğv etdi, müstəqil mətbuatın fəaliyyətində yeni dövrün başlanğıcını qoydu. Ardınca 2001-ci ildə qəzetlərin nəşriyyata olan borclarının silinməsinə qərar verdi. Bu sahədə atılmış mütərəqqi addımları saymaqla qurtarmır. Ümummilli liderin prezident kimi işlədiyi 10 ildə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı sahəsində gördüyü işlər miqyas etibarı ilə çox böyükdür. Ölkəmizdə söz və mətbuat azadlığının inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin möhtəşəm kursunu böyük müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyev bu gün də missiyasını uğurla davam etdirir. Cəmiyyətin demokratikləşməsi sahəsində söz və mətbuat azadlığının önəmini nəzərə alan dövlət başçımız hakimiyyətə gəldiyi ilk gündən bu sahəyə xüsusi diqqət göstərir.

Prezident İlham Əliyev mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə, jurnalistlər arasında keçirilən sorğu nəticəsində 2 dəfə "RUH" Jurnalistlərin Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin Dostu" mükafatına layiq görülüb. Prezident İlham Əliyev indi də mətbuatın və jurnalistlərin dostudur. Dövlətimizin başçısının bu mükafata iki dəfə layiq görülməsi təsadüfi deyil. Son illər ölkəmizdə fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində yeni addımlar atılıb. Bunun ən bariz nümunəsi 2008-ci ildə "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının" təsdiq etməsidir. Həmin Konsepsiyaya uyğun olaraq, 2009-cu ilin aprel ayında KİVDF -nin yaradılmasıdır. Fond fəaliyyət göstərdiyi 10 il ərzində ölkənin ictimai rəyə təsir göstərmək imkanına malik olan qəzetlərə 32 milyon manat maddi dəstək verib. Cənab Prezident bununla kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəklədiyini bir daha nümayiş etdirdi. Fond mətbuatın maliyyə-informasiya sektorunda yeni informasiya-kommunikasiya texnalogiyalarının tətbiqini stimullaşdırır, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaradır, jurnalistlərin evlə təmin olunmasını həyata keçirir, onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə proqramlar, layihələr və digər tədbirləri təşkil edir və maliyyələşdirir. 2013 - 2017-ci illər ərzində 410 nəfərdən çox evsiz jurnalist mənzillə təmin olunub. Hazırda bu dəstək davam edir və yaxın gələcəkdə daha 255 nəfər evsiz, kirayələrdə yaşayan jurnalist mənzillə təmin olunacaq.

Yanvar ayında ölkə gənclərinin nümayəndələri ilə görüşən Preziden İlham Əliyev gənclərə göstərilən qayğıdan bəhs edərək, dövlətin bütün sahələrində çalışan gənclərlə yanaşı, mətbuat sahəsində jurnalist kimi çalışan, sosial şəbəkələrdə fəallıq göstərən gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi qeyd edib. Gənclərin ölkəmizdə aparıcı güclə malik olduğunu vurğulayan ölkə başçısı internetin yaratdığı imkanlardan ölkəmizə qarşı çirkin məqsədlə istifadə edən düşmənlərin və onların əlində maşa kimi istifadə olunmalarına şərait yaradan bəzi vətəndaşlarımızın yalan, böhtan və təhqirlərinə lazımi cavabın vaxtında verilməsinin vacibliyinə toxunub. Əlbəttə, hazırda dünyada böyük informasiya müharibəsi getdiyini diqqətdə saxlayan hər kəs ayıq olmalıdır. Sosial şəbəkələrin bütün informasiya vasitələrini üstələdiyi indiki məqamda ilk növbədə ölkəmizin təhlükəsizliyi daim hər kəsin, o cümlədən jurnalistlərimizin bu sahəyə gündəlik töhfəsini verməyi zəruri edir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin dünyada sürətlə inkişaf etməsi ölkəmizdə də bu sahənin sürətlə dəyişməsini, dünyəvi tələblərə uyğun təmin etməyi tələb edir. Ölkə mətbuatının hazırkı inkişafından bəhs edərkən, qəzetlərimizin xarici dillərdə nəşr olunmasına ciddi ehtiyac hiss olunduğunu qeyd etməyi vacib hesab edirəm. Xarici dillərdə fəaliyyət göstərən internet media ilə müqayisədə qəzetlərimizin geridə qalması çox aydın hiss olunur. Bu qüsur qəzetlərimizin beynəlxalq səviyyələrdə oxunmasına mane olur. Bu sahədə qəzet redaktorları ilə yanaşı, jurnalistlərin də üzərinə ciddi məsuliyyət düşür. Əgər dünyanı narahat edən problemlər barədə Azərbaycan jurnalistinin söylədiyi fikir, dediyi söz, verdiyi məlumat, hazırladığı material xaricilərin diqqətini çəkmirsə, deməli, biz özümüz deyib, özümüz eşidirik və qəzetimiz, internet mediamız xarici vətəndaşların nəzərini cəlb edə bilmir. Bu hal isə, fikir, söz və məlumat azadlığının, plüralizmin ölkəmizdəki durumu barədə xarici vətəndaşların informasiya əldə etməsinə imkan vermir və ölkəmiz haqqında xaricilər üçün onların dilində çıxan, əlçatan düşmən mətbuatında tamamilə yanlış xəbərlər oxuyurlar.

Ölkə daxilində fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi sahəsində  qazanılan uğurlardan ürəklə danışırıq, amma ölkə daxilində əldə etdiyimiz bu uğurları beynəlxalq aləmdə çxara bilməməyimizdən da danışmağın vaxtı yetişib. Və məncə artıq bu istiqamətdə əməli addımlar atmaq lazımdır.

 Səkinə Mehtiyeva

 Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.

0.72429394721985