Gülməli günlərimiz varmış...

 

Qurbana, Orduxana və digərlərinə jurnalistlərmi cavab verməlidir?

 Milli Məclisin son iclaslarında YAP-çı millət vəkillərindən bəziləri, xüsusən hörmətli Siyavuş Novruzov dövlətdən maddi yardım alan qəzetləri və jurnalistləri ciddi şəkildə əsassız ittiham etdi. İttihamın mötivi isə çox gülməli idi. Millət vəkili dedi ki, qəzetlərə dövlət ona görə maddi yardım ayırmır ki, gedib ata-babasının haqqında geniş materiallar hazırlayıb dərc etsinlər. Onalar hakimiyyəti söyən xarici xəyanətkarlara cavab verməlidirlər. Və yaxud deyirlər ki, ev alan jurnalistlər Qurbanı, Orduxanı və onlar kimi iqtidara söyüş söyənləri nə üçün söymürlər?!..

"Jurnalistlərə ev verilib, Orduxana cavab versinlər",  deyir YAP yetkilisi, deputat Səyavuş Novruzov. Özü də bunu tək o demir. Jurnalistlərə ev aldıqlarına görə çoxları çox söz deyib və hələ də deyirlər…

Bu adamlardan soruşmaq lazımdır ki, qəzetlərə maddi yardımı ölkə Prezidenti dövlətin, xalqın pulundan verir, yoxsa sizin qazancınızdan, cibinizdən?!.. Jurnalistlərə verilən evlərin pulu da dövlətindir, həmin pul hansı deputatın atasının puludur ki, jurnalistlər də fikirləşsinlər ki, düz deyirlər də, pulları şəxsi hesablarından verdiklərinə görə, jurnalistlər mütləq Siyavuş Novruzovu və jurnalistləri bu yöndə ittiham edən digər YAP yetkililərini Qurbanın, Orduxanın, digər xəyanətkarların söyüş və təhqirlərindən müdafiə etməməkdə günahkardılar?!.. Jurnalistlər bir dəfə də olsun onları ittiham edənlərə sual da verməyiblər ki, siz hakimiyyətə gələndə, kasıb, cındırından cin ürkənlər indi ərəb şeyxləri kimi, zəngin milyonçulara çevrilmisiniz, ailə üzvləriniz, qohum-əqrabanız, dost tanışlarınız, arxa-dayaq durduqlarınız yağ içində bəslənən böyrək təsiri bağışlayırlar və qazandıqlarının qarşısında dövlət və Prezident üçün hansı işləri görmüsünüz, cənab deputat və məmurlar "ordusu"!?..

Bəli, möhtərəm həmvətənlər sizələrə deyəcəklərim var, zəhmət olsa da, dediklərimi yaxşı dinləyin. Sizin dövlətdən oğurladığınız, yediyiniz, qazandığınız, ört-basdır edilən cinayətləriniz, övladlarınızın məlum əməlləri, fırıldaqlarınız, ədalətsizlikləriniz, insanlara divan tutmaqlarınız olmasaydı, indi bu eybəcər durum heç yaranardımı? Heç qurbanalar, orduxanlar da olmazdı. Əvvəlcə zəhmət çəkib sizlər dövlətə və Prezidentə olan borcunuzu  ödəyin, jurnalistlər, dövlətini və Prezidentini necə qorumağı çox yaxşı bilirlər, müəllimlər! Onsuz da bircə ovuc qalan media adamları dövlətinin də, onun siyasi siması olan indiki Prezidentinin də bacardıqıları qədər təəssübünü çəkirlər. Gedin, öz dərdinizi çəkin və hazıra nazire olan canınıza nəhayət ki, bir azcaca da siz əziyyət verin. Qazandıqlarınız milyonların qarşılığında dövlət, xalq, Prezident üçün nəsə müsbət hərəkət edin, mərd olun. Ölkənin gerçək media adamları, satılmayan, oğru olmayan, cibgirlik bacarmayan, dövlət, vətən, vətəndaş sevgisi olan jurnalistlər, onsuz da ağılları kəsəndən cibləri boş, dövlət deyə-dəyə qocalıblar və onlara bir tikə çörək pulu qazanmağı da çox görürsünüz, müəllimlər!

Təhqirə, söyüşə gəlincə isə, ümumiyyətlə, bu tərbiyəsizlikdir, normal insan işi deyil? Yox əgər, soymək  lazımdırsa, zəhmət çəkib, qoy Səyavuş Novruzov özü söysün. Nə qədər olsa da biz jurnalistlər  bacardığımızı edirik. Maddi olaraq hər hansı qarşılıq nə görməmişik və nə də istəməmişik. Lakin Siyavuş Novruzov özü də daxil, yüzlərlə “dövlət adamı” tanıyırıq ki, hər addımına görə, dövlətdən haqq alır, özü də necə haqq? Ona görə də "söyüş” kampaniyasına start vermək lazımdırsa, bunu Milli Məclisdə qoy, birinci cənab Novruzov onknla bu məsələdə həmrəy olur deputatlar etsinlər. Görək, sizlər də, bircə dəfə ağzınızı açıb elə danışacaqsınızmı ki, sizi ictimai rəy söyməsin, heç olmasa, bircə dəfə də alqışlasın?! Amma 25 ildir Milli Məclisdə “əbədi deputat” statusu qazanıb otursanız da, bu millət sizlərdən hələ normal bir hərəkət görməyib. Başa düşmək olmur, sizlər dövlətin də, Prezidentin də ən böyük probleminə çevrildiyinizi nə üçün anlamaq istəmirsiniz, cənab müəllimlər?!..

Bəli, gülməli günlərimiz varmış. Səhərdən axşamacan kompüter arxasında əyləşib, ölkənin gündəmini işıqlandırırıq, deputat müəllimlər də bizi tərbiyəsiz, anormal adamlarla söyüş yarışına səsləyirlər. Adam belə bir anormal halda bəzən nə edəcəyini belə, az qalır ki, yadından çıxarsın. Bu cür anormal hadisələrlə üzləşəndə, jurnalist peşəsini seçdiyimə çox peşiman oluram. Fikirləşəndə, Azərbaycanda jurnalist peşəsini yerinə yetirməkdənsə, gedib qul bazarında işləməyi daha münasib iş hesab edirəm. On beş il oxu, gecə-gündüz çalış, ali təhsil al, sonra da gəl, Həsən Ağanın qohum əqrabasının hizmətçiliyini, mirzəliyini elə, o da səni təhqir edib, yolunu azmış kimlərləsə söyüşməyə məcbur etsin!?.. Yox, olmadı, deputat müəllimlər, olmadı vallah, biz az yaxşı düşünün, jurnalistlər şəxsi xidmətçi yox, cəmiyyətin hərəkətverici qüvvəsi, eyni zamanda güzgüsüdür. Bunu bilin və heç zaman kim olduğunuzu da unutmayın...

0.13943696022034