Biləsuvar rayonu ildən-ilə inkişaf edir

 

Biləsuvar rayonu Yeni Dövlət Proqramı çərçivəsində qeyd edilən iqtisadi potensialı da reallaşdırmaq əzmindədir

 Biləsuvar rayonu ölkəmizin inkişaf perspektivlərinə malik olan inzibati rayonlarından biridir. Kənd təsərrüfatı rayonu kimi tanınan Biləsuvar tutduğu coğrafi mövqeyə görə, iqtisadiyyatın digər sahələrini də inkişaf etdirmək potensialına malikdir. Belə ki, rayonda geniş su hövzələrinin olması və İran İslam Respublikası ilə sərhəd ərazidə yerləşməsi ona bu üstünlükləri qazandıran amillərdən biridir. Ölkəmizin müstəqilliyə qovuşmasının ilk illərində Biləsuvar rayonu İran İslam Respublikasının şəkər zavodlarının əsas xammal tədarükçülərindən birinə çevrilmişdi. Artıq İmişli rayonunda şəkər zavodu fəaliyyətə başladıqdan sonra Biləsuvar fevmerləri öz tərəfdaşlığını ölkəmizin şəkər zavoduna dəyişib. Biləsuvar rayonu ərazisində  2018-cı ildə 18 sənaye müəssisəsi fəaliyyət göstərərək, müxtəlif təyinatlar üzrə yerli və xarici tələbatın ödənilməsini hədəfləyib.

Fəaliyyəti olan hüquqi və fiziki şəxslər üzrə 2018-cı ildə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi faktiki qiymətlərlə 28981,2 min manat təşkil edib. 2017-ci ildə isə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi  faktiki qiymətlərlə 21075,1 min manat təşkil edib. 2018-cı ildə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 2017-ci ilə nisbətən 37,5 faiz artıb. 2018-cı ildə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi faktiki qiymətlərlə dövlət sektorunda 3778,0 min manat, qeyri-dövlət sektorunda isə 25203,2 min manat təşkil edib. 2017-ci ildə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi faktiki qiymətlərlə dövlət sektorunda 3256,0 min manat, qeyri-dövlət sektorunda isə 17819,1 min manat təşkil edib. 2017-ci illə  müqayisədə dövlət sektorunda 16,0 faiz artım, qeyri-dövlət sektorunda isə 41,4 faiz artım müşahidə olunub.

Fəaliyyəti olan hüquqi və fiziki şəxslər üzrə 2018-cı ildə sənayedə yüklənən malların və göstərilən xidmətlərin həcmi faktiki qiymətlərlə 7837,1 min manat təşkil edib. 2017-ci ildə isə sənayedə yüklənən malların və göstərilən xidmətlərin həcmi faktiki qiymətlərlə 19566,6 min manat təşkil edib. 2018-cı ildə yüklənən malların və göstərilən xidmətlərin həcmi  2017-ci ilə nisbətən 42,3 faiz artıb. Rayon üzrə sənayedə 2018-cı ildə yüklənən malların və göstərilən xidmətlərin həcmi dövlət sektorunda faktiki qiymətlərlə 3861,0 min manat, qeyri-dövlət sektorunda isə 23976,1 min manat təşkil edib. Bu göstərici 2017-ci ildə faktiki qiymətlərlə dövlət sektorunda 3317,3 min manat, qeyri-dövlət sektorunda isə 16249,3 min manat təşkil edib. 2018-cı ildə yüklənən malların və göstərilən xidmətlərin həcmində 2017-ci illə müqayisədə dövlət sektorunda 16,4 faiz artım, qeyri-dövlət sektorunda isə 47,6 faiz artım müşahidə olunub .

5 yanvar 2019-cu il tarixdən başlayaraq Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları keçirilib.

Tərtib  olunan qrafikə uyğun olaraq 01 fevral 2019-cu il tarixədək rayonun bütün inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində hesabat iclasları yekunlaşıb.

Yığıncaqlarda rayon İcra Hakimiyyətinin məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının ərazidə fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.

25 yanvar 2019-cu il tarixdə rayonun Əsgərabad kəndində keçirilən hesabatda kənd İcra nümayəndəsi Lətif Abbasov ötən il ərzində görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, ərazidə 1073 təsərrüfatda 4642 nəfər əhali o cümlədən, 2314 nəfər kişi və 2328 nəfər qadın yaşayır. Kənddə 730 fərdi yaşayış evi var. Kənddə həmçinin 436 şagirdi olan orta məktəb, 2 qrupdan ibarət uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, 9500 kitab fondu olan kitabxana, 544 yerlik elektron ATS, 60 yerlik sürətli internet kanalı, poçt şöbəsi, yerli özünüidarə orqanı olan Əsgərabad bələdiyyəsi, özəl mebel sexi, 6 özəl ticarət mağazası, 2 məscid fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Əsgərabad kəndinin mərkəzi yolu asfaltlaşdırılıb, məktəb binası əsaslı təmir edilib, kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunub. 2018-ci ildə kəndin daxilində və yol kənarında 1000-dən çox ağac əkilib. 

Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənib. Əhali fasiləsiz  elektrik enerjisi və təbii qazla təmin olunub.

Nümayəndəlikdə ərizə, şikayətlərin qəbulu və onlara baxılmasına daim diqqət yetirilir. Hər həftənin 5-cü günü nümayəndəlikdə ərazidə fəaliyyət göstərən təşkilatların rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu  keçirilir. Vətəndaşlar dinlənilir, onların təkliflərinə baxılır və qaldırılan məsələlər həll edilir. 2018-ci ildə vətəndaşlardan 7 yazılı, 6 şifahi müraciət daxil olub. Müraciətlərə baxılaraq, həll edilib. Vətəndaşlara yazılı cavablar verilib. İdarə- təşkilatlardan 39 məktub daxil olub və aidiyyatı üzrə icra edilib. Məktubların arasında şikayət xarakterli müraciətlər olmayıb.

Rayon əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə 1617,0 hektar torpaq xüsusi mülkiyyətdədir. Bundan başqa, bələdiyyənin 80,0 hektar əkin torpağı,  65,0 hektar perspektiv inkişaf və 300,0 hektar örüş sahəsi var. Kənd əhalisindən 5 nəfəri Dövlət Ehtiyat Fond torpaqlarından 200.82 hektar icarəyə götürüb və istifadə edirlər.

2018-cı ildə kənddə mülkiyyətçilər tərəfindən 421.0 hektar pambıq əkilib. 1580 ton pambıq istehsal olunub. 2019-cu ilin məhsulu üçün 461.0 hektara yaxın torpaqlarla bağlı müqavilə bağlanıb və proses davam etdirilir. Hazırda kənddə mülkiyyətçilər tərəfindən 10-a yaxın təzə traktor və avadanlıqlar alınıb. 2018-ci ildə buğda üzrə məhsuldarlıq 28.0 sentner olaraq 606. hektardan 1696.8 ton olub. Bundan başqa 450.0  hektardan 1350.0 ton arpa, 8.0 hektardan 42.4 ton qarğıdalı, 22.0 hektardan 44.0 ton günəbaxan, 421.0  hektardan 1580.0 ton pambıq, 50.0 hektardan 135.0 ton tərəvəz. 8.0 hektardan 80.0 ton bostan məhsulu istehsal edilib. 2.75 hektarda üzüm və 530 hektarda yonca əkilib. 2018-ci ilin payızında 400 ha buğda və 500 ha arpa əkilib. Ötən il su qıtlığı olsada suvarma işçilərinin nəzarəti və mülkiyyətçilərin növbəliliyə əməl etməsi sayəsində əkinlərin suvarılmasında ciddi çətinliklər olmayıb. Şəxsi təsərrüfatlarda iribuynuzlu malqaranın sayı 1625  baş olmaqla inəklərin sayı 1412 başa, camışların sayı 213 başa, xırda buynuzluların sayı  2758  başa, quşların  sayı 16062 başa, arıçılıq 11 təsərrüfatda 225 arı-ailəyə çatdırılıb. İcra nümayəndəliyi tərəfindən əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşılır.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Zakir Şahbazov çıxış edərək bildirib ki, respublikamızda aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən rayonumuzda da abadlıq-quruculuq işləri görülür, yeni-yeni sosial yönümlü obyektlər inşa olunur, əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Z.Şahbazov hesabat yığıncağında əhalinin problemlərini dinləyib və qaldırılan məsələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

Sonda onu da qeyd edək ki, Biləsuvar rayonunun iqtisadi inkişaf potensialından, xarici bazarlara çıxış imkanlarından hələ də tam istifadə edilməyib. Ümid edirik ki, dövlətimizin başçısı, Prezident İlham Əliyevin bu gunlərdə imzaladığı dövlət proqramı çərçivəsində Beləsuvar rayonunun qeyd edilən iqtisadi potensiyalı da reallaşdırılacaq.

 Mahir Abbaszadə

0.18057894706726