İstəmirik əl çəkin!

 

Con Perkinsin “Bir iqtisadi tətikçinin etirafları” adlı kitabında amerikasayağı kölələşdirmənin mexanizmi açıqlanır

Bizi “sevirlər” biz “sevməsək” də ...

 İqtisadiyyatdan az-çox bilğisi olanlar bu gün belə bir məsələ ətrafında baş sındırır ki, əcaba niyə ölkənin maliyyə ehtiyatları artdığı, neft və digər ixracyönümlü məhsullar hesabına ölkəyə yetərincə gəlirlər (valyuta) daxil olduğu bir dönəmdə  də Azərbaycan dövləti ayrı-ayrı maliyyə qurumlarından (Beynəlxalq Valyuta Fondu-(BVF), Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından) yüksək faiz dərəcələri ilə kredit almaqda davam edir? Doğrudan da, 1992-2000-ci illər arası, yəni o vaxtlar ki, ölkənin gəlir gətirə biləcək sahələrini yeni texnologiyalar tətbiq etməklə işə salmaq, digər infrasturuktur yaratmaq üçün Azərbaycanın xarici maliyyə yardımlarına ehtiyac duyulurdu bu cür kreditlərin alınması qaçılmaz idi. Hətta bu kreditlərin faiz dərəcələri yüksək olsa da belə. Əks halda durğunluq keçirən sənaye və kənd təsərrüfatını dirçəltmək mümkünsüz olmasa da, bunun üçün daha 20-30  il gözləmək lazım gələcəkdi.

 Bu mənada göstərilən illərdə Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumlarından və ayrı-ayrı dövlətlərdən kredit alması anlaşılan və qəbul ediləndir. Ancaq ölkəyə neft gəlirlərinin artan templə daxil olmağa başladığı 2000-ci ildən üzü bəri, hətta bəzən bu günün özündə də belə kreditlərin alınması, nə məntiqə, nə Azərbaycanın maliyyə durumuna, nə də  iqtisadi qanunlara uyğun gəlmir. Bəlkə də ziddiyyət təşkil edir. Əslində biz ilk neft kontraktlarını imzalayarkən, iqtisadi mənafedən daha çox siyasi niyyət güdür, başqa sözlə, düşünürdük ki, Azərbaycan neftdən yetərincə xeyir götürəcək beynəlxalq güclər ölkəmizin üzləşdiyi əsas problemin-Qarabağın qaytarılmasında bizə yardımçı olacaq, ən azından ədalətli mövqe tutub haqlını müdafiə edəcəklər. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı ki, bunun da bir neçə subyektiv səbəbləri var. Bu yazıda o səbəblərdən yazmaq niyyətimiz yoxdur.

Beləliklə, iqtisadi qanunlar və praktika göstərir ki, ixrac potensialı və Ümumi Daxili Məhsulu (ÜDM) artan ölkə kimi (hələ hökumətin 2007-2008-ci illər üçün açıqladığı rəqəmlərə baxsaq ölkəmiz həmin vaxtlarda ÜDM-in artmasına görə dünyada birinci yeri tutub-Ş.S) Azərbaycan 2000-ci ildən (neft gəlirlərinin daxil olmağa başladığı vaxtdan) etibarən beynəlxalq maliyyə təşkilatlarından kredit alınmasını dayandırmalı və öz növbəsində o dövrə qədər alınmış kreditlərin hissə-hissə qaytarılmasına başlamalı idi. Proses bu yanaşma ilə davam etmiş olsaydı biz artıq kreditləri qaytarmaqla ölkəni xarici borc bataqlığından qurtarmış olardıq. Ancaq maraqlıdır ki, biz bunun əksini müşahidə edirik. Qardaş Türkiyə və qonşu Gürcüstan da daxil olmaqla, Avropanın ayrı-ayrı ölkələri ilə dövlətlərarası iri layihələrə investisiya yatıran, xarici ölkələrdə müəssisə alan Azərbaycan kredit almaqla davam etdi, nəticədə ölkənin xarici borcu artdı, həm də, 2000-ci ilə qədərki dövrlə müqayisədə daha sürətlə. Belə ki, əgər 2001-ci ildə Azərbaycanın xarici borcu 1.270.000.000 dollar (bir aylıq körpə də daxil, hər bir Azərbaycan vətəndaşının boynunda 159 dollar xarici borc) idisə, 2007-ci ildə bu rəqəm müvafiq olaraq 2.089.000.000 dollar (243 dollar), 2008-ci ildə 2.441.900.000 dollar (284 dollar), 2009-cu ildə isə bu rəqəm artaraq 3.000.000.000 dollar (adambaşına düşən xarici borc 340 dollar) təşkil edib. Bu günə olan məlumata görə, Azərbaycanın xarici borcu son 10 ildə 2,2 dəfə artaraq, 9,6 milyard dollara çatıb. Müvafiq olaraq, hər doğulan körpə də daxil (Dövlət Statistika Komitəsinin 2 gün öncə yaydığı açıqlamaya görə, ölkə əhalisinin sayı 10 milyona yaxınlaşır) adambaşına düşən xarici borc təqribən 975 dollar təşkil edir. Bu krediti hansı zərurətdən alınıb, hara sərf edilib suallarına cavabı hökumət-Nazirlər Kabineti, daha dəqiq desək, indi evində rahat oturub general təqaüdü alan sabiq baş nazir Artur Rasizadə verməlidir. Çünki hər-hansı bir sahə subyekt, yaxud layihə üçün nə qədər vəsaitin lazım olduğunu məhz, onun rəhbərlik etmiş olduğu NK müəyyənləşdirir və ölkə prezidentinə təkliflər verir.

Bu borc Azərbaycanın illik dövlət büdcəsinin təxminən 80% həddindədir. Təhlükəlidir, amma qorxulu deyil. Çünki ölkənin valyuta ehtiyatı o borcu günü sabah qaytarmağa qadirdir. Söhbət yetərincə maliyyə resursu ola-ola dövlətin xarici borclamaya sürüklənməsindən gedir. Yayılan xəbərlərə görə, bu günlərdə Avropa Birliyi Ermənistana təqribən 1 milyard avro maliyyə yardımının ayırması barədə qərar qəbul edib. Başqa sözlə, bununla da Ermənistanın həm indiki, həm də, gələcək rəhbərlərinin başları çatılanmış oldu. Hərçənd buna qədər də bu ölkənin ayaqları, qolları, hətta danışan dilləri Rusiya və digər maraqlı dövlətlər tərəfindən qandallanmışdı. Amma bu dəfə başları dəyəri 1 milyard dollar olan zəncirlə kilidlənmiş oldu. Çünki Azərbaycandan fərqli olaraq, əsasən xarici donor təşkilatları və ianələr hesabına ayaqda duran Ermənistanın o pulu qaytarmağa nə sabah, nə də perspektivdə imkanı olacaq.

Qayıdaq ölkəmizə. İlk baxışda belə təəssürat yaranır ki, ölkə 1992-2000-ci illərdə olduğu kimi bu gün də o kreditləri daxili ehtiyac üzündən alır, yəni dövlət öz maddi imkanları hesabına təssərrüfatın hansısa sahəsində islahatlar aparmaq, yaxud iri layihələri realaşdırmaq istəyir, amma bunun üçün maliyyə tapmadığından, məsələn, Dünya Bankından yaxud Beynəlxalq Valyuta Fondundan kredit götürməyə məcbur olur. Bunu elə bu cür də qəbul etmək olardı, bir şərtlə ki, Azərbaycan hökuməti öz vəsaiti hesabına dəyəri 50 milyon dolları keçən körpülər, böyük pulların xərcləndiyi abadlıq-quruculuq işləri, yol tikintisi, ayrı-ayrı xarici dövlətlərə investisiya yatırmamış olsun. Çevik qərarlarla ölkə iqtisadiyyatını  sürətlə irəli aparan ölkəmizin rəhbəri cənab İlham Əliyev bu günlərdə bəyan etdi ki, respublikamızın valyuta ehtiyatı 47 milyard dollar təşkil edir və biz istəsək xaricdən alınmış kreditləri elə bu gün qaytara bilərik. Maraqlıdır, yetərincə valyuta ehtiyatımız, stabil gəlir gətirən iqtisadiyyatımız olduğu halda niyə hələ də bəzi hallarda ölkəmiz xarici maliyyə qurumlarından kredit almaqda davam edir? Bu maraqlı sualın cavabı da çox maraqlıdır və əsl sensasiya sayıla bilər: Azərbaycana da digər ölkələrdə olduğu kimi xarici kreditlər onun istəyinin əksinə, başqa sözlə, zorla verilir. Bu, başda ABŞ olmaqla dünyada söz və güc sahibi olan dövlətlərin iqtisadi işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edir ki, Azərbaycan da zahirən humanist və demokratik görünən, əslində isə çox çirkin siyasətin çoxsaylı qurbanlarından biridir.

 

ABŞ-ın xarici siyasətdə şuarı: “Qılınc və borc”

ABŞ aze bayragi ile ilgili görsel sonucu

 

İkinci dünya müharibəsindən sonra “Marşall planı” adı altında Amerikanın xarici siyasətinin əsas elementinə çevrilən və iqtisadi asılılığı hədəfləyən bu siyasətin əsası ABŞ-ın 2-ci prezidenti Con Adams  (1735-1826) tərəfindən qoyulub. C. Adamsa görə, bir ölkəni asılı vəziyyətdə saxlamağın iki yolu  var: “Biri qılınc, digəri borc”. Bu  iqtisadi asılılığın mexanizmini də açıqlayan başqası yox, prosesdə şəxsən iştirak edən amerikalıdır. “Chas. T.Main” şirkətində baş iqtisadçı vəzifəsində işləmiş Con Perkinsin “Bir iqtisadi tətikçinin etirafları” adlı kitabında amerikasayağı kölələşdirmənin mexanizmi açıqlanır: “Biz iqtisadi tətikçilər dünya imperatorluğunun yaradılmasında gerçək məsuliyyət daşıyanlarıq və fərqli formalarda çalışırıq”, -deyən Perkins kitabında yazır ki, ən çox istifadə olunanları, xüsusilə onların şirkətlərinə uyğun qaynaqlara malik ölkələr müəyyən edilir və üzərinə göz dikilir. Məsələn, neftlə zəngin ölkələr kimi. Bundan sonra Dünya Bankı və ona yaxın olan digər maliyyə qurumlarından bu ölkələrə böyük kreditlər ayrılmağa başlanılır. Perkins etiraf edir ki, ayrılmış kreditlər heç də həmin ölkələrə getmir: “Bu vəsaitlər həmin ölkələrdə layihələri gerçəkləşdirən bizim şirkətlərə çatır. Enerji şəbəkələri, sənaye sahələri, dəniz və hava limanları-bunlar bizim şirkətlərdən başqa o ölkələrdə bir neçə şəxsin mənfəəti üçün olan şeylərdir.”

Həqiqətən də öncəki illərdə beynəlxalq maliyyə qurumlarının Azərbaycana ayırdığı kreditlərin təxminən 75-80- %-ni layihənin icrasına cəlb olunmuş əcnəbi şirkətlər xərcləyirdi ki, nəticədə ölkə əhalisi bu vəsaitdən hansısa şəkildə faydalana bilmirdi. Bu kreditlərdən ancaq kredit ayrılan təsərrüfat subyektinə rəhbərlik edən şəxslər əcnəbilərlə əlbir olub xeyir götürə bilər. Yəqin ki, bu sözlərdən sonra sizin də diqqətinizə sabiq nazir Ziya Məmmədov, Pensiya islahatları adı altında xaricdən alınan kreditlərlə özünə güzaran yaradan ƏƏSMN-in sabiq naziri Səlim Müslümov, “AzərSu” ASC-nin, Melorasiya və Su Təsərrüfatı  ASC-nin sabiq və indiki rəhbərləri gəldi. Əyintilərə yol verən ilk iki rəhbər şəxs cənab prezidentin fərmanı ilə vəzifədən uzaqlaşdırılıb.  

Əsgərlərimizin Taliban cəbhəsində keşik çəkməyinin mübhəm səbəbi

 sulh meramlilar ile ilgili görsel sonucu

Doğrusu əvvəllər çoxları kimi mənə də təəccüblü gəlirdi ki, ərazisinin bir hissəsi işğal altında, müharibə vəziyyətində olan ölkə kimi, əsgərlərimiz (bir taqım olmuş olsa da belə) hansı məntiqlə Kosovoda, bu gün isə Əfqanıstandakı mü-naqişənin iştirakçısı (missiyası sülhyaratma sayılsa da) olur? C.Perkinsin haqqında bəhs etdiyimiz kitabında bu sualın cavabı var. Odur ki, gəlin, onu dinləyək.

C.Perkins bildirir ki, geriyə dönüşü olmayan borclarla yüklənmiş ölkələrə təşrif buyuran iqtisadi tətikçilər şərtlərini onlara çəkinmədən diqtə edə bilirlər. Onlar qaytara bilməyəcəkləri qədər borca düşmüş ölkələri adətən nefti çox ucuz satmağa məcbur edir, bu ölkələrdə ABŞ hərbi bazalarını qurur, yaxud amerikalı əsgərləri bu ölkənin sərhədlərindən kənarda apardığı hərbi əməliyyatları dəstəkləmək üçün qüvvə tələb edir və ya BMT-də qərar qəbulu zamanı ABŞ-ın maraqlarına uyğun olanlara səs verməyi şərt kimi qoyur. Əsgərlərimizin Əfqanıstandakı missiyasını da elə bu prizmadan qiymətləndirmək lazım gəlir. Məsələ Azərbaycan kimi kiçik dövlətlərdə deyil, hətta Avropanın aparıcı ölkələri belə bu siyasətin girovluğundadır. Mənə indi agah oldu ki, nədən Almaniya Federativ Respublikası, İtaliya, Yaponiya, Polşa və digər dövlətlərin ərazilərində illərdir ABŞ-ın hərbi bazaları qalmaqda davam edir. İkinci Dünya müharibəsindən məğlub çıxan, Almaniyanın dağılmış şəhərləri, iqtisadiyyatı bərpa etməyə gücü çatmadığı bir vaxtda ABŞ dünən düşməni olan bu ölkəyə yardım əlini uzadır və o vaxtkı kansler Adenaur “Marşall planı” çərçivəsində ABŞ-dan üst-üstə 2 milyard dollar kredit alır.

Doğrudur, kansler Adenauer bu vəsaitdən səmərəli istifadə edərək qısa müddətdə ölkəni bərpa edib, iqtisadiyyatı müharibədən əvvəlkindən də güclü hala gətirir, (təsadüfi deyil ki, kanslerin bu bacarığı tarix dərsliklərinə “Adenauer möcüzəsi” kimi düşüb-Ş.S)  amma görünür ölkə o borcdan tam şəkildə qurtula bilmir ki, bu gün də ABŞ hərbi kontingenti Almaniyada qalır. Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu cür risklərdən kənarda qala bilib. İqtisadi tətikçi C.Perkinsin kreditlərin aqibəti ilə bağlı etiraflarını davam etdirək. Perkins yazır ki, ayrılan kreditlər ABŞ və onun müttəfiqləri olan ölkələrdən kənara çıxmır: “Əslində pulun böyük qismi ABŞ-da qalır. Sadəcə Vaşinqtondakı banklardan Nyu-York, Hyuston, ya da San-Fransiskodakı mühəndis-inşaat şirkətlərimizin bürolarına köçürülür. Ayrılan kreditin bu krediti verən ölkəyə dönməsinə rəğmən borca düşən ölkə bu krediti faizi ilə birlikdə qaytarmağa məcburdur.  İstehsala çevrilməyən bu yatırımların ölkə iqtisadiyyatına heç bir təsiri olmur, ayrılan borc həmin ölkənin xəzinəsinə heç köçmür. Nəticədə daha bir ölkə qloballaşma imperiyasına qatılmış olacaq.”

 

Rüşvətlə bağlanan başlar və MKİ qorxusu

 Rüşvətlə ile ilgili görsel sonucu

İlk “iş yeri” “İndoneziyada olan amerikalı iqtisadi tətikçi şok etirafda bulunur: “Məqsədimiz o zamana qədər ki, ən böyük elektrik sistemini qurmaq idi. Bunun üçün şişirdilmiş təxmini rəqəmlərlə hökuməti aldatmalıydıq. Bu investisiya xalq üçün bir şey verməyəcək, əvəzində İndoneziya xalqına böyük borc yükləmiş olacaqdı. Mənim vəzifəm aldatmaq idi.” Perkinsə görə, iqtisadi tətikçilər hədəfə  aldıqları ölkə rəhbərlərini aldadır, ya da satın alarkən, adətən qanundankənar və əxlaqsız yollara əl atır. Bunların başında rüşvət durur. Hədəf olan ölkə rəhbərlərinin başı bircə dəfə rüşvətlə bağlandısa, qurtuluşu mümkün deyil. Con Perkins başını çatılaya bilmədikləri inadkar ərəb şeyxlərinin taleyinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən həll edildiyini deyir və əlavə edir ki, iqtisadi tətikçilərin yola gətirə bilmədiyi ölkə rəhbərləri ilə onların yerinə MKİ tətikçiləri, “başqa dildə” danışır.

Əziz oxucu, indi sizə aydın oldumu, İraqda, Suriyada ümumiyyətlə Yaxın Şərq regionunda cərəyan edən hadisələr, neftin qiymətindəki qabarma və çəkilmələr, hansı mərkəzlər tərəfindən ssenariləşdirilir, həyata keçirilir?

Bu mənada kimsəyə ağıl öyrətmədən, hesab edirik ki, Azərbaycan hökuməti kredit alınması məsələsinə nöqtə qoyub, diqqəti xarici borcların tez bir zamanda qapadılmasına yönəltməlidir ki, ölkə gələcək təhlükələrdən sığortalanmış olsun.img

 Şahnaz Salehqızı

0.19016194343567