Prezidentin tapşırıq və göstərişlərinə uğurla əməl olunur
Azərbaycanda regionların inkişafına ciddi fikir verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin prezidentliyi dönəmində əyalətlərin hərtərəfli inkişafı üçün indiyə qədər bir neçə layihələr və proqramlar həyata keçirilib. Bunun nəticəsidir ki, indi Bakıdan əyalətlərə baxanda böyük inkişafın təntənəsi diqqəti cəlb edir. Paytaxtdan təmtəraqlı görünən əyalətlərimizdən biri də Beyləqandır. Beyləqan rayonunun sosial-iqtisadi həyatında son 7 ildə əsaslı dəyişikliklər baş vermiş, bir sıra sosial yönümlü obyektlər istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Ölkənin yeni-yeni naliyyətlərə imza atmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi yeri var. Sözügedən dövlət proqramların Beyləqan rayonunda icrası da rayonun inkişafında əhəmiyyətli rol oynayıb. Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev əhali ilə görüşərkən bildirib ki, regionların sosial-iqtisadi inkişafının yeni mərhələsinin tələblərinə uyğun olaraq, Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər həyata keçirilir.
Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində rayonun sosial-iqtisadi inkişafında xeyli irəliləyişlərə nail olunub. 2018-ci ilin birinci rübündə rayonda ümumi məhsul istehsalı 52,8 milyon manata çatıb və 102 faiz olub, o cümlədən sənaye məhsullarının istehsal həcmi 8,5 milyon manat, 103,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla, 101,2 faiz təşkil edib. Həmçinin adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7 manat olmaqla, 101 faiz təşkil edib. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyaların həcmi 13,2 milyon manat olmaqla, 88 faiz, tikinti quraşdırma işlərinin həcmi isə 13 milyon manat, yəni 90,9 faiz, rabitə xidməti 198,7 min manat, ticarət xidməti 12,5 milyon manat təşkil edib. Ümumilikdə 3 ay ərzində 693 yeni iş yeri açılmış, onlardan 418-i daimi iş yeridir. 2018-ci ilin birinci rübündə ərzidə ümumi sahəsi 740 kv.m olan 7 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Beyləqan rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı diqqət mərkəzində olub, bitkiçilik sektorunda 15776 hektar sahədə dənli bitkilər, o cümlədən 13903 hektar sahədə buğda, 1543 hektarda isə arpa əkilib. Keçən ilin müvafiq dövrü ilə müqaisədə 820 hektar artıq buğda əkilib. Rayonda bu il 9560 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1060 hektar çoxdur. Rayonda pambıq sahələrində nəzərdə tutulan bütün aqrotexniki qaydalara riayət olunub və hazırda pambıq yığımının qızğın dörüdür. Mütəxəssislərin rəyinə görə, yüksək məhsuldarlıq əldə olunacağı gözlənilir.
Hal-hazırda payıqlıq bitkilər əkini davam edir. Bu dövrdə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının heyvandarlıq sektorunda müsbət artım meylləri müşahidə olunur. Konkret olaraq iri buynuzlu heyvanların baş sayı 162 baş artaraq, 58802 baş, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301832 baş, quşların sayı 415 baş artaraq 473854 baş olub. Ət istehsalı diri çəkidə 15 ton artaraq 2484 ton, süd istehsalı 37 ton artaraq 11063 tona, yumurta istehsalı 1,7 milyon ədəd artaraq 5,6 milyon ədədə çatıb. Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək Beyləqanda da proritet məsələ kimi daim nəzarətdə saxlanılıb.
Sahibkarlığa Kömək Milli Fondun xətti ilə 1 lahiyəyə 5 min manat kredit ayrılıb, bunun nəticəsində 2 yeni iş yeri açılıb. Regionların sosial-iqtisadi inkişfı ilə bağlı dövlət proqramı çərçivəsində rayonda tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıb. Beyləqan rayonunda 2012-ci ilin aprel ayından başlanmış abadlıq və quruculuq işləri bu gün də sürətlə davam etdir. 2018-ci ilin birinci rübündə Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, 1941-1945-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılıb, qiymətli üzlük daşlarla üzlənib. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Rayonda infrastruktur obyektlərinin yenilənməsinə də xüsusi diqqət yetirilib. Beyləqan rayonu "37 saylı Yol İstismarı" MMC 2018-ci ilin 3 ayı ərzində xidmət etdiyi avtomobil yollarında plana uyğun olaraq, cari təmir işlərini yerinə yetirib. Bu dövrdə 130 ədəd işıq əks etdirici pərdə yapışdırılıb, 130 yeni siqnal dirəyi basdırılıb. Yerli əhəmiyyətli yollardan Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda, Bünyadlı-Gödəklər, Qaralılar kəndinin giriş yollarında avtoqreyderlə hamarlanma və çala təmiri işləri aparılıb. Birinci Aşıqlı, Əlinəzərli kəndlərinin və Mayak qəsəbəsinin giriş yollarında 6 nömrəli magistral-yol idarəsi tərəfindən əsaslı təmir işləri aparılıb və Birinci Aşıqlı - Orta Əlinəzərli - Əlinəzərli kəndlərini birləşdirən yolun tikintisi uğurla başa çatdırılaraq əhalinin stifadəsinə verilib.
Beyləqanda olarkan əhali ilə söhbət etdik. İnsanların verdiyi məlumata görə, əvvəlki illərlə müqaisədə rayon əhalisinin güzəranı xeyli yaxşılaşıb, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəlib, rayon rəhbərliyinin əhaliyə qayğısı artıb və onların problemlərinin həllinə diqqət artıb. Son aylar İcra başçısı Vaqif Abdullayevin yaşayış yerlərində əhali ilə görüşlərə xüsusi diqqət yetirilməsi, həmin görüşlərdə insanlar tərəfindən qaldırılan məsələlərin dərhal yerinə yetirilməsini nəzarətdə götürməsi əhali ilə rayon rəhbərliyi arasında müsbət münasibətlərin güclənməsinə təsir göstərib.
Beyləqanda gördüyümüz işgüzar mənzərə, rayon rəhbərliyi ilə əhali arasında mövcud olan isti münasibət rayonda quruculuq işlərinin bundan sonra da uğurla davam edəcəyinə bizdə əminlik yaratdı, uğur olsun!
Mahir Abbas
Seherxeber.org