Azərbaycanda orta maaş neft-qaz sektorunda 3743,1 manat, qeyri neft-qaz sektorunda 942,2 manat təşkil edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 993,0 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 952,3 manat, özəl müəssisələrdə isə 1035,2 manat olub.