Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin arasında görüş olub.
Bu barədə “Demokratikmusavat.com ” Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən xəbər verir.
Görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.
“Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, - Tekin görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.