Banqladeşdə son 24 saatda 1100 nəfər danq qızdırması səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan 8-i ölüb.
Demokratikmusavat.com xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi bu il ağcaqanadlar vasitəsilə keçən danq qızdırması səbəbindən ölənlərin sayının 234-ə çatdığını açıqlayıb.
Açıqlamada son 24 saat ərzində danq qızdırması diaqnozu qoyulan 1100 nəfərin yüksək hərarət şikayəti ilə xəstəxanalara yerləşdirildiyi, 8 nəfərin isə bu xəstəlikdən dünyasını dəyişdiyi qeyd edilib.
Açıqlamada bildirilib ki, ilin əvvəlindən ümumilikdə 47 min 50 nəfərə danq qızdırması diaqnozu qoyulub, 3 min 788 nəfər bu xəstəlikdən müalicə olunub.
Banqladeşdə 2023-cü ildə 321 min 179 danq qızdırması hadisəsi qeydə alınıb və 1705 nəfər bu xəstəlikdən dünyasını dəyişib.(publika.az)