OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

 

Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel təşkil edib.

Demokratikmusavat.com bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 7 min barel və ya 1,4 % azalıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabr ayında faktiki hasilat 69 min barel geriləyib.

OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.

2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.

0.22608995437622