Dünya trendinə düşən məşqçi Çaqayev karyerasını bitirir?

 

Demokratikmusavat.com xəbər verir ki, Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı məşqləri ilə "TikTok"un dünya trendlərinə düşən azərbaycanlı idmançısı Emin Babayev (Çaqayev) olub.

O, motivasiya mənbəyinin özü olduğunu deyib:

"Həmişə məşq edəndə beynimdə özümlə danışıram. Qazandığım nəticə mənə lazımdır. Hər bir insan özünə görə çalışmalı, özünü fikirləşməlidir".

Məşqçi karyerasını tezliklə bitirmək istədiyini bildirib:

"Bu yaxınlarda beynəlxalq turnirdə birinci oldum. Daha bir yarışda da iştirak edib karyeramı bitirmək istəyirəm. Çünki 34 yaşım var, düşünürəm ki, artıq işimi sonlandırmağın vaxtıdır. Qarşıma məqsəd qoymuşam ki, 40 yaşıma kimi işləyim, sonra isə dincəlim".

Emin Babayev qeyd edib ki, bodibildinqə önəm vermirlər:

"Bu sahə çox əziyyətlidir. Nə qədər idmançılarımız var ki, böyük nailiyyətlər əldə ediblər. Onlarla fəxr edirəm, amma buna baxmayaraq, ortada heç nə yoxdur".

Ətraflı süjetdə:

 

0.22606301307678