ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp Ağ Evin şəxsi katibi vəzifəsinə Suzi Uaylsı təyin edib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Uayls Ağ Evin ilk qadın şəxsi katibi olacaq.
67 yaşlı S.Uayls Trampın seçkilərdə qalib gəlməsinə mühüm təsir göstərmiş seçki kampaniyasının həmsədridir.
"Uayls mənə Amerika tarixində ən böyük siyasi qələbələrdən birini əldə etməyimə kömək etdi. ABŞ tarixində ilk qadın qərargah rəisi olmaq Suzi üçün layiqli bir şərəfdir. Onun ölkəmizi qürurlandıracağına heç bir şübhəm yoxdur" - Tramp deyib.
Qeyd edək ki, ABŞ-də prezidentin ən mühüm köməkçisi kimi görünən Şəxsi Katib administrasiyada mühüm rol oynayır. Ağ Evin inzibatçısı kimi fəaliyyət göstərən və prezidentin proqramlarının yaradılmasına cavabdeh olan aparat rəhbəri həm də prezidentə siyasi məsləhətlər verir, onun siyasi prosesinə rəhbərlik və nəzarət edir.
Billurə