Ucuz "makler evləri"nə ALDANMAYIN - Ekspertdən AÇIQLAMA

 

Bugün elan saytlarında kifayət qədər ucuz fərdi yaşayış evlərinə rast gəlmək mümkündür. 

Demokratikmusavat.com xəbər verir ki, bu cür evlər alıcılarının diqqətini çəksə də, sonradan yaşanan problemlərdən əksəriyyət məlumatlı deyil.

"Makler evləri" alarkən nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı Milli.Az-a əmlak eksperti Elnur Azadov açıqlama verib.

Ekspert qeyd edib ki, mənzil alarkən daha çox onun bünövrə hissəsinə və divarların qalınlığına diqqət yetirmək lazımdır.

"Abşeron ərazisində yerləşən həyət evlərinin bir çoxu bataqlıq ərazilər olub, hal-hazırda da həmin ərazilərdə tikilən fərdi yaşayış evləri müəyyən vaxtdan sonra deformasiyaya uğrayır və divarlarında çatlar əmələ gəlir. Ona görə də, həyət evi alarkən ilk növbədə sənədləşmə qaydalarına riayət etməli, təmirin keyfiyyətinə görə mütəxəssislərdən rəy almalıdırlar".

Ekspert əlavə edib ki, 100 kvadratmetr ev tikmək üçün təxminən 60 min manat pul lazımdır, amma elan saytlarında bu ölçüdə olan makler evləri 40-45 min manatdan başlayır.

"Vətəndaş ev alarkən mütləq hüquqşünaslara, mütəxəssislərə müraciət etməli və ya həmin əmlakın sənədlərini notariusa təqdim edib baxış keçirtməlidir. Belə evlərinin ucuz olmasının digər səbəbi isə əmlakın çıxarışının olmamasıdır".

0.17390513420105