Teymur Rəcəbov dünya reytinqində iki pillə geriləyib

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların noyabr ayı üçün dünya reytinqini dərc edib.

Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Üç pillə irəliləyən qrosmeysterimiz 2738 xalla 15-ci pillədə qərarlaşıb. İki addım geriləyən Teymur Rəcəbov (2698) 33-cü pillədə yer alıb. 8 pillə irəliləyən Rauf Məmmədov (2651) 82-ci yerdə qərarlaşıb.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, beş pillə geriləyib və 2417 xalla 39-cu yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2403) 44-cü pillədə, iki addım yüksələn Ülviyyə Fətəliyeva (2381) isə 67-ci pillədə qərarlaşıblar. Xanım Balacayeva (2362) 4 pillə irəliləyərək 79-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir - 2633 xal.

 

0.13625407218933