Tarix mənim üçün arxivlərdən başlayır

 

İlk öncə deyim ki, seriallardan tarix öyrənilməsinə QƏTİ qarşıyam. Tarix mənim üçün arxivlərdən başlayır. Türkiyədə çəkilən tarixi seriallara baxdıqda o qədər yanlışları görürəmki yazıb heçkimi yormaq istəmirəm. "Kuruluş Osman" dizisində də bir çox səhvlər var həm zaman, həm personajlar üzərindən. Lakin, son bölüm diqqətimi çəkdi. Bölümdə Osmanın oğlu Orhan ilə Bizans Təkfuru/Valisinin qızı Holofiranın toyunu göstərirdilər. Bu toy tarixi açıdan çox önəmlidir. Çünki Holofira bir prenses olaraq türk hərəminə, sarayına girən ilk XRİSTİAN gəlindir və 3-cü osmanlı sultanı Muradın/Murad Hüdavendigarın anasıdır. Holofira gəlin gəldikdən sonra islamı qəbul etmiş və Nilüfər adını almışdır. Maraqlanan dostlara ərəb səyyahı İbni Battuta səyahətnaməsini oxumağı məsləhət görürəm. Səyyah Battuta Holofira ilə görüşmüş və Orxan dövrünə aid maraqlı bilgiləri kitabında paylaşmışdır....

Osmanlı hökmdarlarına xristian gəlin almaq yolunu məhz Orxan açmışdır. Holofiradan sonra Bizans imperatoru 4-cü İoannis Kantakuzenosun və fransız əsilzadə Savoy sülaləsindən olan Anna'nın qızı Teodoranı aldı. Daha sonra isə İmperator 3-cü Andronikosun qızı Asporça ilə siyasi evlilik qurdu. Bu gəlinlərin saraya gəlməsi siyasi fürsətlər yaradırdı. Çünki özləri ilə toy cehizi olaraq stratejik əraziləri gətirirdilər. Orxan bu evliliklər sayəsində bəzən torpaqlarını savaşmadan genişləndirə bilirdi. 2-ci məsələ isə MAVİ QAN məsələsi idi. Çünki Roma Qanı daşıyan qızlar ilə evlənmək türklərə özəl bir status, hörmət və prestij qazandırırdı.....

Son olaraq deyim ki, biz də xristian mavi qanlı qız gəlin gətirmişik. Tariximizin böyük diplomat qadını Sara Xatın oğlu Uzun Həsənə Bizansın ən qədim soylu ailəsi olan və Trepizond/Trabzon Pontus hakimləri KOMNENOS/KOMNİN ailəsinin sarışın qızı Teodoranı aldı. Bununla Ağqoyunlu sülaləsi Roma ailəsi ilə qohum oldular. Şah İsmayıl Pontusluların nəvəsi olaraq tarixdə Roma qanı daşımaq şərəfinə nail oldu. Tarix sadəcə savaşlar, barışlar və mübarizədən ibarət deyil. Zaman-zaman evlilik kimi xoşbəxt hadisələr bütün tarixi cərəyanı kökündən dəşiyir......

Müəllif: Pərviz Əliyev 

Demokratikmusavat.com 

0.1652889251709