"Azərbaycan hər zaman əməkdaşlığa açıq olan ölkədir" - Sahibə Qafarova 

 

Avropa Parlamenti Azərbaycana düşmənçilik mövqe sərgiləyən qüvvələrin əlində qarayaxma aparmaq üçün bir alətə çevrilib.

Demokratikmusavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı absurd, cəfəng iddialara əsaslanan iddiaları qətiyyətlə rədd edir. “Avropa Parlamentinin bu cür qeyri-obyektiv, ədalətsiz qərarları Cənubi Qafqazda sabitliyin yaranması ilə barışa bilməyən qüvvələrin qərəzi hesab edirik. Belə sənədlər Azərbaycanın ərazi bütövlüyünə meydan oxumaqdır”, - spiker əlavə edib.

Spiker əlavə edib ki, nədənsə bu qüvvələr Azərbaycan torpaqları uzun illər Ermənistan tərəfindən işğal altında qalanda, milyona yaxın insanın öz yurdundan didərgin düşdükdə, milli, dini irsi mirasımız viran qalanda susurdu. “Azərbaycanın 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü təmin edib, antiterror tədbirləri nəticəsində suverenliyini bərpa edəndən sonra bu qələbə ilə barışmayaraq ölkəmizə qarşı Azərbaycanofob, türkofob, islamofob  mövqe sərgiləməklə yürüşə çıxıblar.

Bu qüvvələr COP29 ərəfəsində Azərbaycana qarşı bir siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. İqlim dəyişikliyi qlobal problem olduğundan belə bir problemə qarşı mübarizə aparmaq həmrəylik tələb edir. Azərbaycan isə hər zaman əməkdaşlığa açıq olan ölkə olub. Ancaq buna baxmayaraq Azərbaycana qarşı hər hansı təzyiqi, aqressiyanı qətiyyətlə rədd edirik. Bu cür təzyiqlər cənab Prezident İlham Əliyevi Azərbaycanın hədəflərinə doğru yürütdüyü siyasətdən döndərə bilməz”, - spiker bildirib.

 

 

0.15095710754395