Azərbaycanda kütləvi dava: 4 nəfər xəsarət aldı, biri bıçaqlandı

 

Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

Demokratikmusavat.com “Report”a istinadən, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.

Digər iştirakçılar - Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına daxil olublar.

Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0.17001700401306