Zelenski əcnəbilərə orduda "yaşıl işıq" yandırdı

 

Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbilərin ölkə ordusunda komandanlıq vəzifələrində xidmət etməsinə icazə verən qanunu imzalayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bundan əvvəl, oktyabrın 10-da Ali Radanın deputatları əcnəbilərin müqavilə əsasında hərbi xidmət keçməsi qaydası haqqında qanunu təsdiqləyiblər.

Bu, başqa dövlətlərin vətəndaşlarını təkcə sıravi və çavuş kimi deyil, həm də zabit kimi cəlb etməyə imkan verir.

Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Yeqor Çernev Ukrayna Silahlı Qüvvələrinin komandanlıq heyətinin komplektləşdirilməsində çətinlikləri etiraf edib və bildirib ki, boşluqları təqaüdə çıxmış Qərb hərbçilərinin köməyi ilə doldurmaq mümkündür.

0.18950986862183