Tehran İsrailin mümkün hücumuna cavab vermək üçün bir neçə hərbi plan hazırlayıb.
Demokratikmusavat.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İran rəsmilərinə istinadən yazıb.
Qeyd olunub ki, İran ordusuna tam hazırlıq vəziyyətinə keçmək əmri verilib.
İranın ali lideri Əli Xameneyi İsrailin hücumları zamanı hərbi planların hazırlanmasının vacibliyini vurğulayıb.
Məqalədə bildirilir ki, əgər İsrailin hücumları genişmiqyaslı zərərə səbəb olarsa, İran 1000-ə qədər ballistik raketlə cavab verəcək. Həmçinin Tehran bölgədə dəstəklədiyi qrupların iştirakı ilə hücumları artırmağı nəzərdən keçirə bilər.
Məlumata görə, İranda vətəndaşlar arasında Tehranın silahlı münaqişədə iştirakı ilə bağlı narahatlıqlar artır. Bir çoxları münaqişənin nəticələrindən qorxduqlarını bildirir.