2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.
Demokratikmusavat.com Sfera.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Mərkəzi Bankı açıqlayıb.
Məlumata əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə saxta əskinasların sayı 33,77 faiz azalıb. Göstərilən vaxt ərzində daha çox saxta əskinaslar iri nominallı pullarda qeydə alınıb.
Rusiya Mərkəzi Bankı bildirib ki, beşminlik nominalda 1254 ədəd, min rubl nominalda 630 ədəd, iki minlik nominalda 101 ədəd saxta variant aşkarlanıb.