Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Britaniyanın Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) ekspertləri dünya üzrə yoxsul insanların sayını hesablayıblar.
Qaynarinfo xəbər verir ki, tədqiqat OPHI-nin rəsmi saytında dərc olunub.
Hesabata görə, dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır. Üstəlik, onların 40%-i (455 milyon nəfər) müharibələr, qeyri-sabitlik və yaxud sülhün aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.
"Biz aşkar etdik ki, yoxsulluq səviyyəsi münaqişələrdən təsirlənən ərazilərdə daha yüksəkdir. Müharibə şəraitində olan ölkələrdə hər üç nəfərdən birindən çoxu yoxsuldur (34,8%), Uppsala Münaqişə Məlumatları Proqramına görə, münaqişədən təsirlənməyən ölkələrdə bu, hər doqquz nəfərdən biridir (10,9%)", deyə hesabatda qeyd edilir.
Alimlər əlavə edib ki, 1,1 milyard yoxsul əhalinin yarısından çoxu 18 yaşa qədər uşaqlardır (584 milyon). Qlobal miqyasda, demək olar ki, 1/3-i (27,9%), böyüklərin 13,5%-i ilə müqayisədə yoxsulluq içində yaşayır.
Bundan əlavə, yoxsulların böyük əksəriyyətinin kanalizasiya sistemi (828 milyon), mənzil (886 milyon) və ya yemək bişirmək üçün yanacaq (998 milyon) yoxdur.