İrəvan münasibətləri normallaşdırmaq üçün Ankara ilə birbaşa əlaqə qurmaq istəyir.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı məsələlər də var. Rusiya bu prosesin başlanmasına fəal töhfə verdi.
Hazırda heç bir görüş nəzərdə tutulmayıb, erməni həmkarlar fasilə verib. Onlar hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər”, - Lavrov qeyd edib.
Lavrov əlavə edib ki, bu, istənilən halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır: "Ona görə də biz bu məsələlərə bütövlükdə baxmağı və cəlb olunan ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etməyi təklif etdik. Biz də Rusiya-İran olaraq öz növbəmizdə iştirakçıların marağı olarsa tərəflərə dəstək verməyə hazırıq”, - Lavrov bildirib.
Mürtəza
Demokratikmusavat.com