Qəzaya baxırdılar, partlayış oldu: 150-dək insan öldü - Nigeriyada

 

Benzin daşıyan maşının partlaması nəticəsində 150-dək insan yanaraq can verib.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Nigeriyanın şimalında Jiqava əyalətində yanacaq daşıyan avtomobilin qəzaya uğraması nəticəsində baş verib. 

Qəzadan sonra dağılan yanacağı toplamaq üçün avtomobilin ətrafına toplaşıb. Bu zaman partlayış baş verib. Nəticədə 147 nəfər həlak olub. Yerli administrasiyanın rəhbəri Hambali Zarqa ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

O əlavə edib ki, onlarla xəsarət alan şəxs tanınmayacaq dərəcədə yanıb. Onun sözlərinə görə, digər 140 yaralı sakin yaxınlıqdakı xəstəxanalarda müalicə olunur.

Mürtəza
Demokratikmusavat.com

0.21526718139648