Millətlər Liqasında ən çox qol buraxan qapıçı

 

UEFA Millətlət Liqasının ilk 4 turunda 113 futbolçu 360 dəqiqə meydanda olub.

Demokratikmusavat.com İdman.biz-ə istinadən xəbər verir ki, onların sırasında Mehdi Cənnətov və Elvin Cəfərquliyevin də adları var.

Ən çox qol vuranlar 4 dəfə fərqlənən Qyökereş (İsveç), Marin (Rumıniya), Kərəm Aktürkoğlu (Türkiyə) və Şeskodur (Sloveniya). İlk üçü bütün qollarını sağ ayaqla vurublar. Uelsli Vilson 3 qolla solaxay bombardirlərin lideridir. Başla iki qol vuran yeganə futbolçu avstriyalı müdafiəçi Lenhartdır.

4 qollu bombardirlərdən Marin, Qyökereş və Şesko bütün qollarını cərimə meydançası daxilindən vurublar. Kərəm Aktürkoğlu və polşalı Şimanski isə 2 dəfə uzaqdan fərqləniblər. Marin 4 qolunun hamısını penaltidən vurub.

Assistentlikdə də lider isveçli Qyökereşdir (4).

İsveçli Qyökereş ən çox zərbə endirən (22) və ən çox qapı çərçivəsinə zərbə vuran (11) futbolçudur. Onun komanda yoldaşı Kulusevskinin 9 zərbəsi bloka alınıb. Xorvatiyalı Matanoviç isə qeyri-dəqiqliyi ilə seçilib. Onun 17 zərbəsindən 10-u qapıdan yan keçib.

61 futbolçunun qeyri-dəqiq ötürməsi olmayıb. Lakin onların sırasında cəmi 1-2 ötürmə verənlər də az deyil. 100 faizli nəticəyə sahib olanlardan ən çox ötürmə niderlandlı Van Heçkedədir – 37. Azərbaycan futbolçularından Ozan Can Kökçü 9 ötürməsində bir dəfə də olsun yanlışlığa yol verməyib. Nəriman Axundzadənin isə meydanda olduğu 7 dəqiqədə yeganə ötürməsi dəqiq olub.

İngiltərəli Aleksander-Arnold ən çox ötürmə verən futbolçudur (387). Dəqiq ötürmələrdə isə liderlikdə ona komanda yoldaşı Rays (316) şərik çıxıb.

Cəbəllütariqli Uolker ən çox cərimə zərbəsi vurmuş futbolçudur (28). Niderlandlı Simons 22 dəfə künc zərbəsi yerinə yetrirb. Kiprli Pittas 9 dəfə offsayda düşüb.

Seyvlərin lideri estonyalı qolkiper Heyndir (23). Mehdi Cənnətov 15 seyvlə 9-cudur.

Cənnətov Millətlər Liqasının ən çox qol buraxan qapıçısıdır. Onun qapısından 4 oyunda 11 top keçib.

Ən çox fol edən qazaxıstanlı Çesnokovdur (14). Kobudluğa daha çox məruz qalan isə isveçrəli Embolodur.

Bolqarıstanlı Krastev meydanda olduğu 3 oyunda 3 dəfə sarı vərəqə görüb. Mahir Emreli də daxil, 16 futbolçunun qırmızı vərəqəsi var.

0.14400506019592