Fransa İsrailə qadağa qoydu

 

Fransa hökuməti İsrail müdafiə şirkətlərinə noyabrın 4-dən 7-dək Villepintedə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan "Euronaval"da iştirakını qadağan edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

İsrail İstehsalçılar Assosiasiyasının prezidenti Ron Tomer bu qərara ayrı-seçkilik kimi etiraz etmək niyyətində olduğunu açıqlayıb.

Medianın verdiyi xəbərə görə, bundan əvvəl İsrailin Parisdə keçiriləcək silah sərgisində iştirakına qadağa qoyulmuşdu, məhkəmə bu qərarı ləğv etmişdi. 

"Eurosatory"nin ilk günündə girişdə israillilərin iştirakına icazə verilmədiyini xatırladan iri lövhələr qoyulmuş, içəri girənlərə isə israilli olmadıqlarını və İsrail şirkətləri ilə əlaqəsi olmadığına dair bəyannamə imzalamağa məcbur edilmişdilər.

 

 

0.23385095596313