500-dən çox evi su basdı, ailələr köçürüldü - Hacıqabulda

 

Hacıqabul rayonuna yağan leysan nəticəsində 500-dən çox evi su basıb.

Bu barədə Demokratikmusavat.com -a Hacıqabul Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 12 oktyabr saat 11:00 radələrindən yağan güclü yağışlar nəticəsində Hacıqabul şəhərində 2 ev qəzalı vəziyyətə düşüdüyü üçün orada yaşayan ailələr köçürülüb:

“16 nəfər (1 xəstə, 4 uşaq və 9 digər ailə üzvləri) təxliyə edilib. Pirsaat qəsəbəsinin, Navahı, Qızılburun, Atbulaq və Birinci Udullu kəndlərinin bağ sahələri və boş ərzailəri də sel sularının təsirinə məruz qalıb. Sel sularının gəlməsi səbəbindən işıq enerjisinin verilməsində də fasilələr yaranıb, lakin qısa müddət ərzində enerjinin verilməsi bərpa olunub. Hazırda 150-dən artıq evdən sel suları çəkilib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının və Fövqəladə Hallar Nazirliyinin köməkliyi ilə sel sularının ərazidən çıxarılması işləri davam etdirilir” -  məlumatda deyilir.

Demokratikmusavat.com

 

0.13506293296814