ABŞ yaşı 18-dən 25-dək olan Ukrayna vətəndaşlarının da səfərbərliyə cəlb olunması üçün prezident Vladimir Zelenskiyə təzyiq göstərməyə başlayıb.
Demokratikmusavat.com APA-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Sergey Leşenko sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu prosesdə ABŞ-ın hər iki siyasi partiyası iştirak edir. Bu təzyiqlərə arqument kimi Vyetnam müharibəsi zamanı ABŞ-nin səfərbərliyə 19 yaşlı vətəndaşları cəlb etməsi göstərilir.
Qeyd edək ki, bir qədər əvvəl “Səs” fraksiyasından olan deputat Roman Kostenko hazırda Ali Radanın 20 yaşadək olan şəxslərin orduya cəlb olunmasını müzakirə etdiyini açıqlayıb.