Netanyahunun İranın hərbi obyektlərinə hücum planları bəlli olub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” iki rəsmiyə istinadən məlumat yayıb. Bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə danışıb.
Netanyahu deyib ki, İsrail İranın nüvə və neft strukturlarına deyil, onun hərbi obyektlərinə hücum etməyə hazırdır. Və bu, Vaşinqtonda rahatlıqla qarşılanıb.
Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün cavab zərbəsini dəstəkləməyi istisna edib. Onun sözlərinə görə, Vaşinqton “israillilərlə nə edəcəklərini müzakirə edəcək”.
Mənbələrin sözlərinə görə, ötən həftə Amerika lideri ilə telefon danışığı zamanı Netanyahu bildirib ki, İsrail İranın hərbi obyektlərinə hücum etməyi planlaşdırır.
Xuraman Etibarlı