"Əl-Hilal"ın hücumçusu Neymar İlha dos Japao adasını almaq istəyir.
Demokratikmusavat.com Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə "Portal Leo Dias" məlumat yayıb.
Xəbərə görə, ada Rio-de-Janeyro əyalətinə aid Angra dos Reis bələdiyyəsində yerləşir.
Adanın sahəsi 2,5 hektardır. Oraya yalnız helikopter və ya qayıqla gələ bilərsiniz. Beş yataq otağı və yeddi vanna otağı olan yaşayış sahəsi 10 nəfərə qədər qonaq qəbul edə bilər.
Mülk ilkin olaraq 74 milyon real (təxminən 12,35 milyon avro) dəyərində qiymətləndirilib.