Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ölkə.Az xəbər R.Mustafayevin dosyesini təqdim edir:
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.
1985–1987-ci illərdə hərbi xidmətdə olub.
1993–1994-cü illərdə Prezidentin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.
1994–1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000–2006-cı illərdə Rusiyadakı səfirliyimizdə müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini kimi çalışıb.
2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru kimi fəaliyyət göstərib.
O, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İngilis, fransız, rus və ərəb dillərini bilir.
R.Mustafayev 2017-2022-ci illərdə Azərbaycanın Fransadakı, 2022-2024-cü illərdə isə Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb.
Dövlət başçısının bugünkü sərəncamı ilə o, Rusiyaya səfir göndərilib.
R.Mustafayev bu vəzifədə Xalq artisti, diplomat Polad bülbüloğlunu əvəzləyib.
Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri olub. O, Milli Məclisin 7-ci çağırış deputatı seçildiyindən bu vəzifəsindən azad edilmişdi.
Billurə