Novak: "Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi nəzərdən keçirilir"

 

"Azərbaycan, İran və Rusiyanın elektrik enerji sistemlərinin inteqrasiyası gündəmdədir və layihənin texniki-iqtisadi əsaslandırılmasına baxılır".

Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya enerji həftəsində ölkənin baş nazirinin müavini Aleksandr Novak deyib.

"Burada üçtərəfli layihə var, ona baxılır. Bu, bizim danışıqların və əlaqələrimizin gündəmindədir və hazırda Energetika Nazirliyimiz bununla məşğuldur" , - deyə baş nazirin müavini əlavə edib.

Eyni zamanda, o vurğulayıb ki, söhbət Rusiyanın cənubunda enerji kəsirinin ödənilməsi deyil, lazım gəldikdə elektrik enerjisinin qarşılıqlı mübadiləsindən gedir.

 

1.442036151886