Mükəmməl borşun sirləri: əsl evdar qadın resepti

 

Hər bir evdar qadın borşu öz xüsusi reseptinə uyğun olaraq hazırlayır. Bunun üçün də hər kəsin borşu fərqli tamda olur. Ancaq bu dəfə borşa xüsusi dad qatan bir neçə sirri sizinlə bölüşəcəyik. 

Demokratikmusavat.com lent.az-a istinadən resepti təqdim edir:  

Lazım olan ərzaqlar: 

Ət qabırğaları

Kələm

Kartof

Pomidor sosu

Sarımsaq

Şüyüd, cəfəri

Dəfnə yarpağı

Əvvəlcə bulyonu bişirin. Qabırğaları bişənə qədər qaynadın, dadı tam çıxsın deyə soğan və kök  əlavə edin. Daha sonra kartofu kublar, kələmi zolaqlar şəklində kəsin. Tərəvəzləri bişirin. Kartofu yarım bişənə qədər qaynadın, kələm və pomidor sosu əlavə edin. Borşa dəfnə yarpağı, bibər və doğranmış göyərti ilə ədviyyatları tökün. Tam bişənə qədər dəmlənməyə qoyun. 

0.24233508110046