"İPhone 15 Pro" ilə metroya minən insanlar var".
Demokratikmusavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Gülnar Orucova "iPhone 16 Pro"ya 7350 manat verən alıcıların kimliyindən danışarkən deyib.
Psixoloqun sözlərinə görə, "iPhone 15 Pro" və "iPhone 16 Pro"ya verilən pulun üzərinə bir az da qoyanda avtomobil almaq olar:
"Beləcə rahatçılığa qovuşacaqsan. Bu telefonları ən çox alanlar tələbələrdir. Mənim onlara yazığım gəlir. Kreditini necə ödəyəcəklər? "iPhone 15 Pro" çıxanda onun satış nöqtəsinə getdim ki, görüm insanlar burada özünü necə aparır? Orada izdihamla qarşılaşdım və prosesi canlı izlədim. Bir tərəfdən həmin izdihamı görmək xoş oldu, digər tərəfdən yazığım gəldi. Niyə? Mən "İPhone 11 Pro"dan sonra "iPhone 15" alırdım. Amma telefonumda nazaslıq olduğu üçün iPhone 15 Pro" alım. Amma baxdım ki, tələbələr "iPhone 14 Pro" satıb, tələbə kartı ilə "iPhone 16 Pro" alırlar. Telefonu kreditə götürürlər. Bunun kreditini neçə aya və necə bağlayacaqsız, ac qalacaqsız, narahat olacaqsız. Çox vacibdir?".
Gülnar Orucova qeyd edib ki, tələbələrin kreditlə bu telefonu alması onu məyus edir:
"Gücü çatan da, çatmayan da bu telefonu alır. Ona görə ki, onlar bu telefonu götürəndə kasıb olsalar da, mənəvi baxımdan özlərini varlı hesab edirlər. Ailədə zamanında verilmədiyi dəyər özgüvənsizliklə özünü ortaya çıxarır. Bu gün o telefonu alır ki, mən də varam, varlıyam".
Psixoloq əlavə edib ki, vəzifəli, imkanlı, zəngin və varlı insanlar markaya çox üstünlük vermirlər:
"Yaxud da bir marka alıb davamlı geyinirlər. Azərbaycanda minimum əmək haqqı 358 manatdır. Baxıram ki, 358 manat alanın da əlində "iPhone" var, yüksək maaş alanın da. Bahalı marka, əşyalar nədir? İnsan mənəvi baxımdan güclü olanda bu markalara o qədər önəm vermir. Varlı və zəngin insanlara baxın, sadə, bir rəng geyimdə olur. Amma kasıb dənizə də üstündə qızılla girir".